Ölkə

“Uşağı metrlərlə sürüyüb” - Küçə itinin dişlədiyi Hüseynin atası - VİDEO - FOTO

23 Aprel 2019 12:04
7 Şərh     Baxış: 2 613

"Deyirlər, 40 gün ərzində əgər quduzluq sinir sisteminə toxunarsa qarşısını almaq olmaz"

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 4 yaşlı uşağı it dişləyib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, itin hücum edərək 4 yaşlı Hüseynin üzünü parçalaması hadisəsi sahibsiz itlərlə bağlı məsələni yenidən gündəmə gətirib.

Məlum olub ki, sahibsiz itlər nəinki paytaxt sakinlərini, hətta onların övladları üçün də təhlükə mənbəyinə çevrilib.

Qismət Məmişov - Uşağın valideyni: "Uşağın sifətini dartıb qoparıb. Metrlərlə sürüyüb. Uşağın səsinə qonşular gəlib. İt buraxıb, gedib. Uşağın vəziyyəti hal-hazırda yaxşıdır. Amma qaranti verilmir. Deyirlər 40 gün ərzində əgər quduzluq sinir sisteminə toxunarsa qarşısını almaq olmaz".

4 yaşlı Hüseynin atası deyir ki, it övladını qonşunun uşağı ilə oynadığı vaxt dişləyib. Hüseynə hücum edən it uşağı dişləyərək onu xəstəxanalıq edib.

Həsən Yəhyayev - Həkim: "Quduz əleyhinə zərdab vurulub, vaksinasiya edilib. Hazırda xəstənin vəziyyəti kafidir".

İt isə uşağı dişləyəndən sonra ölüb. Bilənlər bilir ki, bu hal itin quduz olmasının göstəricisidir. Ağırlıq dərəcəsi müxtəlif olsa da bu cür hadisələr çox yaşanır. Ötən il ərzində 20 min nəfəri it dişləyib. Bu ilin birinci rübünün də rəqəmləri var, 5 min. Bəli, ilk 3 ayda 5 min nəfəri it dişləyib.

Paytaxtın mərkəzində eləcə də şəhərətrafı kənd və qəsəbələrdə sahibsiz itləri görmək adi hala çevrilib. Bundan ən çox narahat olan isə valideynlərdir. Baş verən xoşagəlməz hadisələrdən belə məlum olur ki, sahibsiz itlər daha çox uşaqlara hücum edir.

Azərbaycanda sahibsiz küçə itlərinin toplanaraq zərərsiz hala gətirilməsi ilə məşğul olan özəl təşkilatlar olsa da itlərin sayının çoxluğu vəziyyəti bir qədər qəlizləşdirir. İnsanların özlərinin də bu məsələdə ayıq-sayıq davranması vacibdir. Xüsusilə sübh çağı və axşam saatlarında zibil qutuları olan yerlərdə, qaranlıq dalanlarda gedərkən ehtiyyatlı olmaq, uşaqları isə ümumiyyətlə belə yerlərdə tək buraxmamaq lazımdır.

Hüseynin vəziyyətinə gəlincə, Heydər Əliyev Fondunun Regionla İnkişaf İctimai Birliyi uşağın bundan sonrakı müalicəsində eyni zamanda üz nahiyyəsində müəyyən əməliyyatlara ehtiyac olduğu halda dəstək göstərəcəyini açıqlayıb.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Oxucu · 23 Aprel 12:1141

    Dovşana "qaç", tazıya "tut!" deyilir.... Maraqlı işdir. Olan da piyada gəzən maşınsız camaata olur.

    Cavab yaz
  • Anonim
    Dilarə · 23 Aprel 12:2483

    İtlər və canavarlar sürüynəndir.bu küçə irlərini niyə qoruyurlar.yazıq deyilik biz kasıblar.piyada gəzənlēr.küçə itlērini satın ÇİNĒ.sizə səslənirēm ay biznesmenlər.

    Cavab yaz
  • Anonim
    sakin · 23 Aprel 12:2474

    Bunun bircə yolu var. İtləri öldürmək lazımdı

    Cavab yaz
  • Anonim
    Fizuli Şirvanlı · 23 Aprel 13:2124

    kücə itlərinin soy qırımı başlayacaq, zavallı canlılar. ALLAH BU balayada kömək etsin.

    Cavab yaz
  • Anonim
    Anonim · 23 Aprel 14:0240

    Tedbir gorulmelidi butun Rayon erazilerde ,kucellerde gezen sahibsiz itler yiqilsin temizlensin kucelerden.Ne olursa olan az yaşli uşaqlarimiza olur .

    Cavab yaz
  • Anonim
    seva yeraz · 23 Aprel 14:3730

    niye yigmillar bu itleri o gunu zerife eliyeva parkinda bir suru it iki neferin ustune cumdular bizde nerimanovda yasayiriq itnen doludu boyuk adamlariq amma adam usagnan gezmeye qorxur bir olcu goturulmelidi

    Cavab yaz
  • Anonim
    Rovsen · 23 Aprel 15:1920

    buna ne qeder dozek!!!. o qedere kimi ki, oz ovladlarimiza bir xasarat gelene kimi?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.