Ölkə

Şifrəniz bunlardan biridirsə, dərhal dəyişin

23 Aprel 2019 10:04
0 Şərh     Baxış: 2 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Kibertəhlükəsizlik üzrə Milli Mərkəzi virtual dələduzların müdaxiləsinə ən həssas olan, sadə dillə desək, ən "zəif" şifrələrin siyahısını dərc edib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, siyahını hazırlayan zaman mütəxəssislər yüz minə yaxın şifrənin saxlanıldığı ictimai məlumatlar bazasını təhlil edib.

Ən "zəif" şifrə "123456" rəqəmlərindən ibarət şifrədir. Hesablamalara görə, bu şifrədən 23 milyondan çox insan istifadə edir. İkinci yerdə isə "123456789" (7,7 milyon istifadəçi) rəqəm ardıcıllığı gəlir.  

Üçüncü yerdə "QWERTY" klaviş kombinasiyası (3,8 milyon), dördüncü yerdə "password" (3,6 milyon) şifrəsi gəlir. İlk beşliyi isə "1111111" (3,1 milyon) tamamlayır.

Bundan başqa, ekspertlər qeyd edir ki, minlərlə istifadəçi şifrə olaraq sevimli futbol komandalarının adından istifadə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.