Ölkə

Palata rəhbəri: "Ankara-Bakı birbaşa reysləri ticarət əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir"

22 Aprel 2019 20:11
0 Şərh     Baxış: 539

Ankaradan Bakıya birbaşa reyslər ticarət əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ankara Ticarət Palatasının rəhbəri Gürsel Baran deyib.

O bildirib ki, Azərbaycan Türkiyə üçün mühüm, qardaş ölkələrdən biridir.

G.Baran vurğulayıb ki, Türkiyə Ankaradan müxtəlif istiqamətlər üzrə birbaşa reyslərin artırılmasına istiqamətlənib.

Bundan əvvəl Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahid Turan demişdi ki, Türkiyə və Azərbaycan yay aylarından etibarən aviareyslərin sayını həftədə 115-dək artıracaqlar.

Hazırda iki ölkə arasında həftəlik 90 aviareys həyata keçirilir.

Bu gündən başlayaraq "Pegasus" təyyarələri Ankara və Bakı arasında birbaşa reysləri icra edəcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.