Ölkə

Balıq oğruları tutuldu

22 Aprel 2019 19:19
0 Şərh     Baxış: 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neftçala Rayon Polis Şöbəsinə rayon ərazisindəki balıqçılıq təsərrüfatlarının birindən oğurluq edilməsi barədə müraciət daxil olmuşdur.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və aprelin 4-dən 19-dək olan müddətdə oradan 10.300 manat dəyərində 199 ədəd müxtəlif növ balığın oğurlandığı müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Neftçala şəhər sakinləri A.Əliyev, E.Salmanov və Boyat kənd sakini X.Ələkbərov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.