Ölkə

"Kaş bütün evlərə mənim kimi gəlin qismət olardı" - Əməkdar artistdən SƏRT REAKSİYA - FOTO

22 Aprel 2019 15:37
11 Şərh     Baxış: 5 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sənət insanlarının çoxu deyir ki, mən qətiyyən sənətçi gəlin istəmərəm"

Milli.Az xəbər verir ki, bunu Aytəkin Mərdanova aparıcısı olduğu proqramda deyib.

Verilişin qonağı olan əməkdar artist Mətanət İsgəndərlinin reaksiyası gözləniləndən də sərt olub:

"Mən istəyirəm. Sən nə danışırsan?! Kaş bütün evlərə mənim kimi gəlin qismət olardı. Mən istəyərəm. O insanın özündən asılıdır. Zatı qırıq olmasın. Onun nə fərqi var ki?! İstər həkim olsun, istər müəllim olsun, istər müğənni olsun. İnsan elə hər yerdə insan balasıdır". 

Qeyd edək ki, adı ən çox "Oğluma müğənni qız almaram" deyən məşhurlar arasında hallananlardan Xatun Əliyeva, Nadir Qafarzadə, əməkdar artistlər Könül Kərimova, Elnarə Abdullayevanın adını çəkmək olar. 

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.