Ölkə

Bakıda bu restoranlara göstərişlər verildi - SİYAHI

22 Aprel 2019 15:39
4 Şərh     Baxış: 2 922

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimai iaşə obyektlərində atmosferə atılan tullantıların qarşısının alınması ilə bağlı növbəti monitorinq keçirib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazirliyin aparat rəhbəri Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, bu məqsədlə nazirlik 470 obyektdə monitorinq keçirib və 455 obyektdə təmizləyici qurğu quraşdırıldığı məlum olub: "Aprel ayında isə həmin qurğular quraşdırılan obyektlərdə vəziyyəti öyrənmək üçün Bakı və Sumqayıtda 107 ictimai iaşə obyektində yoxlama keçirilib. Monitorinq zamanı 22 obyektdə təmizləyici qurğular quraşdırılsa da, qurğulara nəzarət olunmadığından atmosferə həddindən artıq tullantıların atılması faktı aşkarlanıb: "Həmin obyektlərə biz icrası məcburi göstərişlər vermişik. Həmin obyektlər "İmperator", "Oazis", "Sonalar Sonası", "Cratos", "Madona,"Meridian, "Su səsi", "Dan Ulduzu", "Hissa", "Şahzadə", "Kremlin Hall", "Qızıl tac", "Elit Eventis Hall", "Xarı bülbül, "Gold Palase", "Piano" və "Kolizey" şadlıq sarayları, "Sandıq", " Qızıl qaya", "İstanbul", "Quzu qabırğası" və "Şəki" restoranlarıdır".

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    @@@@@@@@@@@ · 22 Aprel 15:4000

    NIEL niye yoxdu?Mikrorayondaki Vusal restorani niye yoxdu/Her axsam tustu buruyur alemi

    Cavab yaz
  • Anonim
    Palace · 22 Aprel 15:4210

    Mega palace. Tüstüdən Bakıxanov qəsəbəsində pencərələri açmaq olmur.

    Cavab yaz
  • Anonim
    Bakinec · 22 Aprel 16:1100

    Niel ona görə yoxdurki onun sahibi mügənni elcin hüseynovdur. Məlum məsələdir elcinin güclü arxasi var

    Cavab yaz
    • Anonim
      @@@@@@@@@@@ · 22 Aprel 16:2300

      kecen defe siyahida vardi/dedim yeqin bir encam cekerler/eksine siyahidan cixib))))

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.