Ölkə

Üzünü it parçalayan uşağın atası: "Şəhərin mərkəzi, Bulvar ərazisi küçə itləri ilə doludursa, görün ətraf qəsəbələrdə vəziyyət necədir"

22 Aprel 2019 13:57
5 Şərh     Baxış: 3 901

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun atası Qismət Məmişov övladının həyatı ilə bağlı narahatlığını bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Q.Məmişov deyib ki, həkimlərin sözlərinə görə, həyati təhlükənin sovuşması üçün 40 gün lazımdır:

Hazırda uşağın vəziyyəti stabildir. Amma heç kim qərar vermir ki, uşaq sağala bilər, yaxud onda quduzlaşma yaranar. Mən həkimləri də qınamıram. Müalicəni, iynə-dərmanlarını edirlər, ümid Allahadır".

Q.Məmişov küçə itləri ilə bağlı müvafiq qurumlara çağırış edib:

"Bir valideyn kimi tələb edirəm ki, itlərlə bağlı tədbir görülsün. Vətəndaşlar küçələrdəki itlərin əlindən rahat şəkildə gəzə bilmirlər. Əgər mən avtomatı götürüb o itləri vursam, məni terrorçu elan edəcəklər. Şəhərin mərkəzi, Bulvar ərazisi küçə itlərilə doludursa, görün ətraf qəsəbələrdə vəziyyət necədir. Bunların qarşısını almaq lazımdır. Uşaqlarımız yazıqdır, mən neçə gündür ürəkağrısı tapmışam".

Rəsmilərdən lazımi kömək göstərildiyini deyən ata ancaq övladının sağalmasını istədiyini söyləyib:

"Hüseyndən başqa, iki məktəbli övladım da var. Anası uşağı məktəbdən gətirib evdə mətbəxə keçəndə Hüseyn həyətdə olub. İt çəpərdən tullanıb uşağın yanağından dişləyib, yerlə sürüyüb. Mən hasarımı tikmək istəyəndə imkan versəydilər, övladım belə olmazdı".

Üzünü it parçalayan uşağın nənəsi: Sulutəpədə küçə heyvanları sürü şəklində gəzir
"Qeyd edək ki, uşağın həkimi, Kliniki Tibbi Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsində çalışan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Məhəbbət Cəfərov da Trend-ə açıqlamasında uşağı dişləyən itin quduz olduğunu deyib:

"İt quduz olduğu üçün uşağı dişlədikdən sonra ölüb, uşağın quduzluğa yoluxub-yoluxmaması barədə isə indi heç nə demək olmaz. Təxminın 40-60 gündən sonra xəstə buna görə uşaq infeksionistləri tərəfindən müayinədən keçirilməlidir".

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    ezize · 22 Aprel 14:4970

    7ci mikrorayonda da doludu itler.her mehlede 10a yaxin var.agac altda olurlar.axwam kimise cole cixanda ona teref qacirlar

    Cavab yaz
  • Anonim
    Namik · 22 Aprel 15:1740

    Niye olsurmuler bu iteri camahti yiyib gurtaracaglar

    Cavab yaz
  • Anonim
    SEVİL · 22 Aprel 15:5440

    Uşaq necə qorxu yaşayıb ((..Şükür ki ,qız uşağı deyil,üzündə izi qala bilər

    Cavab yaz
  • Anonim
    Roker · 22 Aprel 17:3810

    Quduz itler oldurulsun digerleri ise tutulb pitomnike yerleshdirilsin. Canavatlar ise birmenali shekilde gullelensin. Canavarin hec kime ve hec neye xeyri yoxdu.

    Cavab yaz
  • Anonim
    İnsan · 22 Aprel 22:3300

    Vasmoydada 220 nömreli mekdebin etrafı doludur itnen hara baxrsan itdi niye bu meseleye bir encam çekilmir 2 körpe uşağm var qızım 1 ci snifde oxuyur oğlumda baxcaya gedir seher itlerin elinden yolu gedib gelemirik kim nezaret etmelidi kimin selahiyetindedi bir encam çeksin bu işe üzü yaya gedir yazxdı körpeler

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.