Ölkə

Üzünü it parçalayan uşağın nənəsi: Sulutəpədə küçə heyvanları sürü şəklində gəzir

22 Aprel 2019 12:59
14 Şərh     Baxış: 1 975

"4 yaşlı Hüseyn həyətdə digər uşaqlarla oynayarkən it ona hücum edib".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlunun nənəsi Nəzakət Novruzova deyib.

Onun sözlərinə görə, həyətyanı sahələr hasarlanmadığı üçün it həyətə daxil olub və burda oynayan uşaqlara hücum edib:

"İt uşağı həyətdə yıxaraq sürüyüb. Yanağını və gözünün üstünü qoparıb. Nəvəmi təcili xəstəxanaya çatdırdıq. Onun üzərində üç saata yaxın əməliyyat aparıldı. Məni o narahat edir ki, Sulutəpədə küçə heyvanları sürü şəklində gəzir".

N.Novruzova bildirib ki, hadisə günorta saatlarında baş verib. Həyətdə oynayan digər uşaqlar ərazidən tez uzaqlaşdıqları üçün heç bir xəsarət almayıblar.

Xatırladaq ki, itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb. Məlumata görə, it quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.

Milli.Az

loading...

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Dəniz ləpəsi · 22 Aprel 13:04121

    Allah köməyi olsun..Amin..Amma küçə itləri kütləvi şəkildə məhv edilməlidir..Heç nə insan həyatından önəmli deyil..

    Cavab yaz
  • Anonim
    a · 22 Aprel 13:1060

    Bileceride doludu itlernen lap merkezde 300 nömreli mektebin etrafi doludu allah uzaq elesin uwaqlari tutmasin

    Cavab yaz
  • Anonim
    VƏTƏNDAŞ · 22 Aprel 13:1951

    NƏ QƏDƏR DÖZƏCƏYİK BU İŞDƏ NİYƏ AİDİYYƏTİ QURUMLAR HƏRƏKƏTƏ KECMİR.

    Cavab yaz
  • Anonim
    sakin · 22 Aprel 13:2652

    Küçə itlərini məhv eləmək lazımdır

    Cavab yaz
  • Anonim
    Nunu Fatya · 22 Aprel 13:4150

    Səhər doludu belə olmaz qorxa qorxa usaqi məktəbə aparırıq,yigisilmalidi seherden

    Cavab yaz
  • Anonim
    gizli · 22 Aprel 13:4821

    Salam mende deniz lepesi ilr raziyam kuce itleri mehv edilmelidir

    Cavab yaz
  • Anonim
    gizli · 22 Aprel 13:4920

    Sexsen bizim heyetde Abseron gencler seherciyinde Xirdala seherinde doludur

    Cavab yaz
  • Anonim
    gizli · 22 Aprel 13:5020

    Usaqlari mrktebe gondere bilmirik

    Cavab yaz
  • Anonim
    sjx · 22 Aprel 14:2011

    yeni güneşlidede itlər sürü ile gezirler. axsamlar çöle cıxa bilmirsen. seslerinden geceler yatmaq da olmur.

    Cavab yaz
  • Anonim
    aa · 22 Aprel 14:2431

    Səməd Vurğun bağında demək olar ki, hər gün sürü ilə gəzib xüsusilə axşam saatlarına tək insanlara hücum edirlər. Heç bir tədbir görülmür. Elə bil ki, nə bələdiyyə var, nə də digər aidiyyəti sanitar- epidemioloji xidmət idarələri. Mütləq bir bədbəxt hadisə olmalıdır, kimsə rəhbər şəxs işə qarışmalıdır, sonra xidmətlər nəşə etməlidirlər....

    Cavab yaz
  • Anonim
    nona · 22 Aprel 15:0720

    yene bineqedi rayonu...icra hakimiyyeti ya aidiyyati orqanlar hara baxir .mikrorayonlarin da hamisinda kuce itleri doludu ! metro etrafi doludu.heckim de nezaret etmir.

    Cavab yaz
  • Anonim
    Alina · 22 Aprel 15:4310

    Sulutəpə nədi Nərimanovda sürü ilə gəzirlər

    Cavab yaz
    • Anonim
      Konul · 22 Aprel 16:2010

      Patamdarda yasayiram buralarida dehset it basib.

      Cavab yaz
  • Anonim
    rovsen · 22 Aprel 17:5020

    redd eliyin de bunlari!!!! And olsun, menim ushagima bir it hucum ceksin, qaldiki dishlesin, silah tapib, yashadigim yerde, bileceride, hamisini oldurecem. buna bir care tapin, onlar candi deye bu ushagin uzu ne gunde olacaq, bunun geleceyi hansisa itin elinde oldu. indi bu ushaq olse nece?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.