Ölkə

Təranə Qumral "məhkumluq" adını alıb - HƏBS KİMİ BİR ŞEYDİR - FOTO

22 Aprel 2019 12:49
13 Şərh     Baxış: 5 119

"Məhkəməyə ərizə yazmısınızmı ki, Təranə Qumral dövlətə rüsum (pul) köçürtsün, bunun qarşılığında da siz onu bağışlamısınız?"

Milli.Az xəbər verir ki, bu sualla "Hər şey daxil"də aparıcı Tarix Əliyev (Tolik) müğənni Nazəninə müraciə edib.

Müğənni Tolikin sualına başını silkələyərək "yox" deyib. 

Canlı yayıma qoşulan Nazəninin vəkili Heyrat Qarayev bunları deyib:

"Bu məsələ ilə bağlı ilk dəfə Təranə Qumral məhkəməyə müraciət edib. Həm Nazənin xanımı, həm də həyat yoldaşı Məhəbbət bəyi məhkəməyə vermişdi. Amma o həmin məhkəmədə uduzdu və sonradan bu proses yuxarı instansiyalara qalxdı və yekun məhkəmə qərarı Nazənin xanımın və Məhəbbət bəyin xeyirinə verildi. Məhkəmə qərarında bildirildi ki, "Təranə Qumral həm Nazənin xanımdan, həm Məhəbbət bəydən üzr istəməlidir, təkzib verməlidir, eləcə də təzminat ödəməlidir. 3500 manat təzminat, amma bu təzminat illərlə ödənilmirdi Təranə Qumral tərəfindən, bu, məcburi şəkildə ödənildi. Amma Nazənin xanım bu pulu götürmədi. Bu pul mənim əlimlə körpələr evinə verilib. Söhbət burada təzminatdan getmirdi, söhbət Təranə Qumralın üzr istəməsindən gedirdi. Mənə bir şey maraqlıdır ki, bütün məhkəmələrdə iştirak edən Təranə Qumral məhkəmədə etiraf edir ki, üzr istəyəcək və təkzib verəcək. Amma məhkəmə bitəndən sonra, saytların əksəriyyətinə açıqlama verir ki, Nazənin xanım uduzub. Üzr istəmək, təkzib verməklə bağlı bilirsiniz ki, Tərtanə Qumral məhkəmənin hökmü ilə məhkumluq adını aldı. Yəqin Təranə Qumral ya bunu bilmir, ya da bilmək istəmir. Onun ölkə hüdudlarından kənara çıxma qadağası da var. Məhkəmənin qərarı icra olunmasa bu qüvvədə qalacaq və üzr istəmə, təkzib vermə mərhələsi yenidən başlayacaq. Çünki məhkəmənin qərarının icrası məcburidir. Ali məhkəmədə də hakim bunu vurğuladı. Hətta Nazənin xanım təşəbbüs göstərirdi ki, Təranə Qumral cərimə olunmasın. Çünki o, 3 min 500 manatı o qədər çətinliklə ödədi ki, bildirirdi ki, "Maddi imkanım yoxdur". Nazənin xanım, Məhəbbət bəy humanistlik edib, məhkəmələrdə bildirirdi ki, o qadına alternativ cəza verilsin. O, məhkum adını alıbsa, həbs kimi bir şeydir. 

Qeyd edək ki, müğənni T.Qumralla həmkarı N.Salayeva arasında qalmaqal keçmiş ANS kanalının "Bazar səhəri" verilişində başlayıb. Belə ki, N.Salayeva canlı efirə zəng edərək T.Qumrala "Səni ərimlə tutdum" deyib. T.Qumral isə, öz növbəsində, N.Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib.

Təxminən iki həftə öncə Ali Məhkəmədə müğənni Nazənin Salayevanın həmkarı Təranə Qumralla bağlı verdiyi kassasiya şikayəti üzrə məhkəmə iclası baş tutub. Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub və N.Salayevanın kassasiya şikayəti təmin edilməyib.

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

13 Şərh:

  • Anonim
    Nazim · 22 Aprel 14:1954

    Təranə Qumral özüdə hələ dərk etməyib necə bir bataqlığın içindədir

    Cavab yaz
  • Anonim
    Musa · 22 Aprel 14:3566

    Təranə gözəldir .yəni Nazənin nə qədərdə makiyaj , əməliyyat elətdirsədə gözəllikdə Təranəyə çata bilməz.bir məsələ məni düşündürür.əyər Məhəbbət Nazəninə xəyanət edib Təranənin yanına gedibsə və bunu məhkəmədə etiraf edibsə niyə Nazənin Məhəbbətdən ayrılmır?

    Cavab yaz
  • Anonim
    gui · 22 Aprel 15:3795

    Fikir verin nazəninin uzunun mimikası itib plastik əməliyyat insanları pis gunə qoyub

    Cavab yaz
    • Anonim
      GULE · 22 Aprel 20:2626

      NAZENIN XANIM UZÜ NURLU VE XANIM XATUNDUR.

      Cavab yaz
  • Anonim
    Asim · 22 Aprel 17:3511

    Vay Vay vay

    Cavab yaz
  • Anonim
    Maqa · 22 Aprel 18:4530

    Werhimi niye vermirsiz duz deyirem ona gore

    Cavab yaz
  • Anonim
    Dolqorukiy · 23 Aprel 01:1412

    Məhkum adın almaq həbs kimi bir şey deyil. Həbs həbsdir, həbs azadlıqdan məhrum olmaqdır.

    Cavab yaz
    • Anonim
      Anonim · 23 Aprel 12:3010

      Dolqorukiy ev məhkümu deyilən bir şeydə var

      Cavab yaz
      • Anonim
        Dolqorukiy · 23 Aprel 15:0900

        ev məhkumu deyilən bir şey yoxdur. Ev həbsinə məhkümluq var. Məhküm sözünün mənasın bilsəniz anlayarsınız. Məsələn, azadlıqdan məhrum olmadan şərti cəza məhkümlüğü. azadlıqdan məhrüm etməklə həbsə məhküm vs. Hansısa maddələ məhküm olunub həbs olunmaya bilərsən. Məhkümluq həbs kimi bir şey deyil.

        Cavab yaz
        • Anonim
          Anonim · 23 Aprel 16:0500

          Bəli doğrudur. Buda ev həbsi olunub və məhkümdur. Azərbaycandan kənara çıxması qadağandır

          Cavab yaz
          • Anonim
            Dolqorukiy · 23 Aprel 16:4500

            Bu Ev həbsinə məhküm olmayıb. Ev həbsinə məruz qalan şəxsə kütləvi tədbirlər təşkil etmək və onlarda iştirak etmək, məhkəmənin müəyyən etdiyi ərazini tərk etmək, müəyyən şəxslər ilə əlaqə yaratmaq qadağan olunur. Hətta məhkəmə müəyyən edir ki hansı saatda evdən cıxa bilər və hansı saatda evdə olmalıdır. Bunlar səhər axşam efirlərdə, toylarda. Sadəcə məhkəmənin qərarın icra etmədiyinə görə ölkədən cıxışına qadağa qoyublar. Bu qədədr.

            Cavab yaz
            • Anonim
              Dolqorukiy · 23 Aprel 16:5100

              İndi banka, vergiyə 5 manat borcun olanda da ölkədən cıxışına qadağa qoyurlar, ancaq bu o demək deyil ki sən azadlıqdan məhrum olunmusan, ya həbsdəsən.

  • Anonim
    Xaliq · 23 Aprel 10:2810

    ////TERANE QUMRAL COX QOWALIF,////

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.