Ölkə

Üzünü it parçalayan uşağın həkimi: Onun yanağı tam bərpa edilib

22 Aprel 2019 12:37
6 Şərh     Baxış: 2 172

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlunun yanağında böyük dişlənmiş defekt ümumi narkoz altında aparılan əməliyyat nəticəsində bərpa olunub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə uşağın həkimi, Kliniki Tibbi Mərkəzin Üz-çənə şöbəsində çalışan Azərbaycan Tibb Universitetinin Ağız, üz, çənə kafedrasının assistenti Məhəbbət Cəfərov deyib.

Onun sözlərinə görə, xəstənin ətraf toxumasının plastik əməliyyatı aparılıb və onun dişlənmiş yanağı normal vəziyyətə gətirilib.

M.Cəfərov qeyd edib ki, hazırda xəstənin vəziyyəti stabildir. Bu həftənin sonunda uşağın evə buraxılacağı gözlənilir:

"Səhiyyə Nazirliyi də bu uşaqla maraqlanır. Uşağın müayinələri vaxtlı-vaxtında aparılır. Artıq müəyyən vaksinlər vurulub. Uşaq evə buraxıldıqdan sonra yerli poliklinika tərəfindən vaksinlərin vurulması davam etdiriləcək. İt quduz olduğu üçün uşağı dişlədikdən sonra ölüb, uşağın quduzluğa yoluxub-yoluxmaması barədə isə indi heç nə demək olmaz. Təxminın 40-60 gündən sonra xəstə buna görə uşaq infeksionistləri tərəfindən müayinədən keçirilməlidir".

Xatırladaq ki, itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb. Məlumata görə, it quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Teselli · 22 Aprel 12:4020

    Caan yazig korpe.nece incidir indi onu.agrilar cekir.Allah tezlikle sefa versin.

    Cavab yaz
  • Anonim
    ? · 22 Aprel 12:4210

    Quduz it dişləyən kimi ölür? Bunu bilmirdim

    Cavab yaz
  • Anonim
    Oxucu · 22 Aprel 12:5710

    can balaca bala, Allah şəfa versin. Tez sağalasan

    Cavab yaz
  • Anonim
    QQ- · 22 Aprel 13:0830

    Üzündəki parçalanmış hissədən qorxmaq lazım deyil , uşaq körpədir bunun əlacı olacaq . Əsas qorxulacaq uşagın məhz quduz it tərəfindən dişlənməsidir.Nə tədbir görülməlidirsə indidən edilməlidir ki ,quduzluq sonradan müalicə olunmur.Lap lazımdırsa xaricə aparılmalıdır .

    Cavab yaz
  • Anonim
    ~~~ · 22 Aprel 14:0600

    Quduzluğun müalicəsi yoxdur deyə bilirdim.Allahın rəhmi gəlsin balacaya,valideynlərinə.Yazıqdırlar.Hər an hər birimizin başına gələ bilər. Allah qorusun.

    Cavab yaz
  • Anonim
    Bakinec · 22 Aprel 14:1710

    Bu toplan wirketi hara baxir ? Yigiwdirsinlarda sahibsiz quduz itləri weherden

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.