Ölkə

Bakıda 26 yaşlı qız burun əməliyyatından sonra vəfat edib

22 Aprel 2019 12:09
11 Şərh     Baxış: 4 919

Bakıda gənc qız burun əməliyyatından sonra vəfat edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.

Xanımın sonuncu əməliyyatı aprelin 17-si baş tutub. Sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb.

G.Hacıyeva 18-i gecə saatlarında dünyasını dəyişib.

Milli.Az

loading...

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Men · 22 Aprel 12:1290

    Yazıq qız Allah rehmet etsin

    Cavab yaz
  • Anonim
    Faiq · 22 Aprel 12:1460

    Yene hekim sehlenkarligi heyif can ay bala

    Cavab yaz
  • Anonim
    qonaq · 22 Aprel 12:1660

    Allah rehmet elesin. Yaxinlarina sebr versin.elbette hekim adi dawiyan mehluqlarin gunahi yoxdu.

    Cavab yaz
  • Anonim
    T · 22 Aprel 12:4060

    Laxtalanma olcmemis emelyata niye salıblar ki.pulun derdindendi hamısı.elebil baxardı.klinika yox.xestelere pul gözüylə baxanda bele olacaq da

    Cavab yaz
  • Anonim
    QQ · 22 Aprel 12:5660

    Bu da həkim səhlənkarlıgının nəticəsidir.Həkim əməliyyatdan əvvəl qanın analızini etdirməli,qanın laxtalanma qabiliyyətini öyrənməli idi . Bizim uşaqları Semaşkoda sünnət edən həkim bir anda uşaqları alıb içəri apardı birdə baxdıq anestezi eləyib sünnətə başlayıb artıq .Tibb bacılarlna irad bildirdim ki ,bəs qandan analiz götürmədən əməliyyata başlamaq olar ? Mənə bildirdilər ki narahat olmayım .Uşaqdır nə olacaq ki ? İnanırsınız ki ,evə gələn kimi yşagın sünnətindən qan fontan vurmaga başladı.Taksi ilə güclə çatdırdıq həmin xəstəxanaya .Həkim özü etinasızlıq göstərib gəlmədi xəstəxanaya ,Başqa bir gözəl qadın həkim uşagı təkrar əməliyyat etdi .Sagalana qədər də gəlib evdə baxdı ,yoxladı uşagı.Sag olsun

    Cavab yaz
  • Anonim
    Bakinec · 22 Aprel 13:2250

    ALLAH bizim həkimlərə insaf versin. Millət qirildi getdi ta. Tibbi pulun gücünə qutarib üz tuturlar özəl klinikalara. Və insanlarin həyatlarini yarida qoyurlar

    Cavab yaz
  • Anonim
    Ziya · 22 Aprel 14:1120

    Bakida artıq hamida eyni burun olub onsuzda o insanlarin övladı olanda yekeburun ola biler.

    Cavab yaz
  • Anonim
    oxucu · 22 Aprel 14:2100

    klinikanın adını da yazın.

    Cavab yaz
  • Anonim
    Zeris · 22 Aprel 14:2410

    Burda yalnız həkim səhlənkarlığı var.mende 3 ay öncə burun əməliyyatı etdirmisem. Yeni çəpər eyriliyi et estetik.Mən analizlər verdim. Təzyiq qan ürək ağciyər hər bir müayinədən keçib. Sonda rəy verildi ki əməliyyata yararlıdır. Cox həkimlər pulla oxuyub gəlib həkim işləyirlər. Bu da nəticəsi

    Cavab yaz
  • Anonim
    User · 22 Aprel 17:0400

    Dalbadal uc emeliyyat elemek neye lazim idi goresen.Allah rehmet elesin.Gozel qiz olub.

    Cavab yaz
    • Anonim
      tata. · 23 Aprel 13:3300

      Valideyinləri niyə razı olurdular.3dəfə dalbadal əməliyyat!nə vacib idi?

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.