Ölkə

“Kaş onun əvəzinə mən ölərdim” - Yol qəzasında bir ailəninin həyatına son qoyan məhkum - VİDEO - FOTO

22 Aprel 2019 13:29
6 Şərh     Baxış: 10 058

Milli.Az xəbər verir ki, ARB TV-nin "Rezonans" proqramının növbəti buraxılışında məhkum Cəlil Murtuzovun həyat hekayəsindən danışılıb.

Cəlil Murtuzov - Cəzası: 9il: "Müəllim ailəsində böyümüşəm. Həhkum həyatı yaşayacağım ağlıma gəlməzdi. Heç kim həyatdan sığortalanmayıb. Özəl firmaların birində mühafizə xidmətinin rəisi idim. İşim yaxşı idi, dolanırdıq. Məhkum olmağıma səbəb avtomobil qəzası törətməyib oldu. Bibim rəhmətə getdi, onun 40 mərasimindən 1 həftə sonra da biz, bibim oğlunun ailəsi və mən Masallı rayonuna getdik. Oradan qayıdanda gecəyə düşdük. Yuxusuz idim, qəzaya uğradıq. Bibim oğlu içkili olduğu üçün maşını fasiləsiz mən idarə etməli oldum. Elə bil gözüm bağlandı. Üzümdən başqa hər yerim əzildi. Avtomobilin ön şüşəsinin üzərimizə düşdüyünü gördüm. Bibim oğlunu qucaqladım, üstümə yıxıldı. Baş nahiyəsindən əzildiyi üçün keçinmişdi. Qorxdum. Avtomobildə olanların üçü baş hissəsindən əzildiyi üçün hamısı öldü. Bibim oğlu, yoldaşı və 3 yaşlı uşaqları. Hadisədən sonra bibim oğlunun atası məndən şikayətçi oldu. Onu anlayıram, övlad itirib. Amma mən də çox acı çəkirəm. Bəlkə düzələr, barışıq olar. Amma bibim sağ olsaydı, bibim oğlu Elçin sağ olsaydı bəlkə belə olmazdı. Sağ qalan 2 uşağa babaları baxır, Elçinin atası. Bilmirəm onlar böyüyəndə mənə necə baxacaqlar. Ata-anasız böyümək çətindir. Onların üzünə necə baxacağam, nə deyəcəyəm? Mən bu 9 ili çəkib bitirəcəm. Buradan çıxandan sonra azadlıqda Elçinsiz necə yaşayacam? O mənə qardaş idi. Kaş mən öləydim, o ölməyəydi. Qəbirləri üzərinə getmədim. Hansı üzlə gedəcəyimi də bilmirəm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Zeris · 22 Aprel 14:12120

    Heqiqeten dəhşətli faciədir. Onların qədəri o vaxt tamam olub.yeni burda gunahkar yoxdur mence.bilərəkdən olmayıb. O da istəməzdi belə olsun.qədər. bəzən elə şeylər olurki insan söz tapa bilmir

    Cavab yaz
  • Anonim
    zaman · 22 Aprel 14:2490

    ((((( Əlimizdən heçnə gəlməz.Allah kömək olsun ((((

    Cavab yaz
  • Anonim
    Asko · 22 Aprel 14:4680

    Heqiqeten boyuk faciedir allahsebr versin

    Cavab yaz
  • Anonim
    # · 22 Aprel 15:2050

    Qismət.Kim istəyərdi belə olsun.Allah rəhmət eləsin.

    Cavab yaz
    • Anonim
      Esmer · 22 Aprel 15:5950

      Doğrudan cox acı bir hekayədi Tək kəlmə Allah kömək olsun. Ürəyim parçalandı. ..en böyük Məhkumluq insanın öz vicdanıdı ..məncə 9 il yox vicdan ezabı sene 19 il gələcək

      Cavab yaz
  • Anonim
    Təmkinbəy Səbirli · 23 Aprel 00:1720

    Vicdan əzabi çəkilirsə demək insan islah ola bilər......Allah qəzaviqədərdən qorusun günahsız bəndələri Amin.....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.