Ölkə

Üzünü it parçalayan uşağın son vəziyyəti ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

22 Aprel 2019 15:42
3 Şərh     Baxış: 3 257

15:42

Səhiyyə Nazirliyi Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan uşağın vəziyyətini açıqlayıb.

Milli.Az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, aprel ayının 16-da it dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun hazırkı vəziyyəti stabildir.

Onun müalicəsi Kliniki Tibbi Mərkəzdə davam edir: "Xəstə peşəkar tibb işçilərinin nəzarəti altındadır".

----------

10:50

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində it dişləyən 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu palataya köçürülüb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hazırda uşağın vəziyyəti orta stabildir və sağlamlığı üçün hər hansı təhlükə yoxdur.

Uşağın quduzluq xəstəliyinə yoluxmasının qarşısı alınıb və bunun üçün ona vaksin vurulub. Vaksinlərin vurulması davam etdiriləcək.

Xatırladaq ki, itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb.

Məlumata görə, it quduz olduğu üçün uşağı dişləyən kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.

H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.

Hazırda müalicəsi davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Tam Maxfi · 22 Aprel 11:49100

    Allah sefa versin.Kecmis olsun.

    Cavab yaz
  • Anonim
    rovsen · 22 Aprel 17:5440

    allah shefa versin demekle ish duzelmir, bu ushagin uzunde omurlu shram qaldi, belke kim bilir gelecekde nece gorsenecek. meseleye bele yanashmayin!!! bunu hell edin, bunun axiri yaxshi qutarmayacaq

    Cavab yaz
  • Anonim
    ****** · 22 Aprel 19:2120

    AĞSTAFADA BİR OĞLANI İT DİŞLƏYİB. VƏTƏNDAŞ ÖLDÜ.KÜCƏ QUDUZ İTLƏRİ GÜLLƏLƏYİN.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.