Ölkə

Bakının bir sıra küçə və prospektlərində tıxac yarandı

22 Aprel 2019 09:19
0 Şərh     Baxış: 1 299
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bir sıra küçə və prospektlərdə tıxac yaranıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, səhər saatlarından etibarən paytaxtın Moskva, Tbilisi, Mətbuat prospektlərində, 28 may, Vağzalyanı, Rəşid Behbudov küçələrində tıxac yaranıb.

Bununla yanaşı, Qara Qarayev prospektindən Heydər Əliyev prospektinə çıxışda tıxac yarandığından avtomobillərin hərəkət istiqaməti dəyişdirilərək Ziya Bünyadov prospektinə yönləndirilib.

Hazırda həmin ərazilərdə yol polisi əməkdaşları avtomobillərin hərəkətini tənzimləməyə çalışır.

Xatırladaq ki, Bakıda növbəti Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsi ilə əlaqədar görülən tədbirlərlə bağlı bu gündən etibarən paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılıb,

Bununla əlaqədar Bakı Şəhər Halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik edilib. Qeyd edilən marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.