Ölkə

"Məni axtarmayın" dedi və itkin düşdü - Azərbaycanda

21 Aprel 2019 18:33
0 Şərh     Baxış: 2 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllı sakini naməlum səbəbdən itkin düşüb.

Milli.Az ONA-ya istinadla xəbər verir ki, İsmayıllı şəhər sakini, Sumqayıtda kirayə yaşayan 1970-ci il təvəllüdlü İsmayılov Sənan Razim oğlu 14 aprel 2019-cu il tarixdə 31-BE-038 dövlət nömrə nişanlı "VAZ 2107" markalı şəxsi minik avtomobilini İsmayıllıda yaşayan qardaşı Rahil İsmayılovun evinə gətirib, açarları qardaşının ailəsinə verib və "Məni axtarmayın" deyərək naməlum istiqamətə gedib.

Qardaşı Rahil İsmayılov dərhal İsmayıllı rayon Polis Şöbəsinə müraciət edib. Onun tapılması üçün barəsində axtarış elan olunub. Polis əməkdaşları hazırda onun tapılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

Sənan İsmayılov qardaşının evindən çıxarkən əynində cins şalvar, göy rəngli gödəkcə olub. Məlumata görə, üç uşaq atası olan Sənan İsmayılov həyat yoldaşından boşanaraq kirayə evdə yaşayırmış.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.