Ölkə

Nömrəsini dəyişən vətəndaşlar nə etməli? - Kompensasiya il bağlı təcili olaraq...

20 Aprel 2019 17:14
0 Şərh     Baxış: 2 324
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Banklar problemli kreditlərlə bağlı gücləndirilmiş iş rejiminə keçib. 

Milli.Az News24.az-a istinadən bildirir ki, problemli kreditlərlə bağlı Prezidentin fərmanının icrası ilə bağlı son hazrlıq prosesləri gedir. Əldə etdiyimiz məlumata görə, banklar gücləndirilmiş iş rejiminə keçib, iş vaxtı uzadılıb, əməkdaşlar şənbə və bazar günü də işə cəlb olunub.

Eyni zamanda, əlavə işçilər də əməkdaşlığa dəvət olunub. Yaxın günlərdə ilkin olaraq dövlət tərəfindən kompensasiya kimi ayrılacaq vəsaitlər bankların müxbir hesabına köçürüləcək, daha sonra isə müştərilər SMS vasitəsilə dəvət olunaraq kompensasiyalarını əldə edə biləcəklər. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilən qaydalara əsasən banklar bütün müştərilərə SMS göndərib, kompensasiyanın məbləği, hansı bankdan və hansı formada alacağı barədə məlumat verməlidirlər. 500 manatadək nağd, 500 manatdan yuxarı məbləğdə vəsait isə kart vasitəsilə veriləcək. Banklarda müştərilərlə əlaqə yaradılmasında problemlərin yaşandığı da bildirilir.  

Belə ki, bir çox müştərilərin banklara təqdim etdikləri nömrələri işlək olmadığına görə, bir-bir siyahiya düşən şəxslərə zəng edilir, həmin şəxsin nömrəsinin işəyib- işləmədiyi yoxlanılır. Bu səbəbdən də  banklar tərəfindən nömrəsini dəyişən müştərilərindən təcili olaraq yaxınlaşmalarına dair elan verilib. Kompensasiyaların verilməsinin təqribən bir ay müddətində olsa çəkəcəyi planlaşdırılsa da, problemli kreditlərin restrukturizasiya prosesi ilin sonunadək (kreditin restrukturlaşması özlüyündə kreditin qapanması müddətinin artırılmasını nəzərdə tutur, bu isə borcalan üçün aylıq ödənişlərin azalması deməkdir) davam etdiriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 28-də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb. Fərmana əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qeyd olunan qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.