Ölkə

Tərtərdə sahibkarı döyərək pul tələb edən şəxs tutuldu

20 Aprel 2019 12:44
Baxış: 963

Tərtər rayonunda sahibkarı döyərək pul tələb edən şəxs saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Rayon sakini Müseyibov Anar Ərzuman oğlu həmyerlisi, sahibkar Hümbətov Əvəz Məhəmməd oğlunun H.Əliyev prospektində icarəyə götürdüyü obyektə daxil olaraq qapını bağlayıb və hədə-qorxu gələrək ondan pul tələb edib.

Ə.Hümbətov otaqdan çıxaraq qaçıb. Küçədə Ə.Hümbətovun qarşısını kəsən A.Müseyibov isə onu söyərək döyüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci(xuliqanlıq) və 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb və A.Müseyibov saxlanılıb.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.