Ölkə

Vidadi Bərdəlinin oğlunun işinə yenidən baxılacaq

20 Aprel 2019 12:39
7 Şərh     Baxış: 1 575

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Tuncay Vəliyev və Fərman Ocaqquliyevin məhkəməsi yenidən start götürüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, martda prosesin ilk iclası keçirilsə də, cinayət işində kobud prosessual pozuntular aşkarlanmışdı. Buna görə də hakim Azad Məcidov cinayət işinin yenidən araşdırılması, bu pozuntuların aradan qaldırılması üçün işi ibtidai istintaqa qaytarmışdı. Təxminən bir ay sonra prokurorluq cinayət işini təkrar tamamlayaraq yenidən məhkəməyə göndərib. Bu dəfə də iş eyni hakimin sədrliyi ilə araşdırılacaq. İlk iclas aprelin 26-na təyin edilib.

İttihama görə, əvvəllər məhkum olunmuş T.Vəliyev və F.Ocaqquliyev 2018-ci il iyunun 7-də, gecə saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynovu taksi kimi fəaliyyət göstərdiyi avtomobilində bıçaqlayaraq qətlə yetiriblər.

T.Vəlizadənin yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb. Qeyd edək ki, T.Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. Tuncay bir müddət müğənni kimi fəaliyyət göstərib.

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Bele · 22 Aprel 12:0100

    ...bele bele beleler

    Cavab yaz
  • Anonim
    ♛→σʀιɢιɴαւ ÞʀσғιĽ←♛ · 22 Aprel 13:3100

    Heee

    Cavab yaz
  • Anonim
    Esmer · 23 Aprel 08:1510

    Salam qonşu.)) sabahın xeyir necesen?))

    Cavab yaz
    • Anonim
      ♛→σʀιɢιɴαւ ÞʀσғιĽ←♛ · 23 Aprel 09:3110

      Salam men yaxwiyam. Sen necesen ?))

      Cavab yaz
      • Anonim
        Esmer · 23 Aprel 09:4400

        Sag ol məndə yaxşıyam )))

        Cavab yaz
    • Anonim
      ♛→σʀιɢιɴαւ ÞʀσғιĽ←♛ · 23 Aprel 12:0800

      Hemiwe yaxwi ol Esiiiii))

      Cavab yaz
      • Anonim
        Esmer · 23 Aprel 12:1300

        Sag ol Səndə həmişə yaxşı ol)))yene nikinlə yazırsan (((( yoxsa yadıma salırsan)))

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.