Ölkə

Qardaşı bıçaqlamışdı, 2-ci bacı da öldü

20 Aprel 2019 11:04
4 Şərh     Baxış: 1 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 16-da Bakıda qardaşı tərəfindən ağır yaralanan bacı xəstəxanada vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 1976-cı il təvəllüdlü Muxtar Əhlimanov ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı  Buzovna qəsəbəsində yaşayan  bacısı, 1964-cü təvəllüdlü Səəadət Əhlimanovanı bıçaqlayaraq öldürüb, daha sonra digər bacısı 1962-ci il təvəllüdlü  Məlahət Əhlimanovu bıçaqlayaraq xəsarətlər yetirmişdi. Ağır yaralı olan M.Əhlimanova xəstəxanaya yerləşdirilib, dünən isə orada vəfat edib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda başlanan cinayət işi Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsinə tövsif edilib. Muxtar Əhlimanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.