Ölkə

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin ŞƏRTLƏRİ açıqlandı

19 Aprel 2019 19:27
0 Şərh     Baxış: 559

Dövlət İmtahan Mərkəzi (DİM) ilk dəfə olaraq xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün "Xüsusi qabiliyyət imtahanları" jurnalının 2019-cu il 1 ci nömrəsini çap edib.

DİM-dən Milli.Az-a verilən məlumata görə, "Abituriyent" jurnalının xüsusi buraxılışı olan bu jurnalda ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yığcam xarakteristikası, ixtisaslar üzrə kadr hazırlığı aparan təhsil müəssisələri haqqında məlumatlar, bu ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məs­lə­hətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, norma­tivlər, bir sözlə, burada xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imta­hana hazırlaşmalarına fayda verə bilən ən zəruri ma­teriallar əksini tapıb.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları 7 istiqamətə bölünür:

1. Təsviri sənət

2. Musiqi sənəti

3. Memarlıq

4. Teatr, kino və xoreoqrafiya sənəti

5. Bədən tərbiyəsi və idman

6. İlahiyyat

7. Jurnalistika

"Xüsusi qabiliyyət imtahanları" jurnalı həmçinin bu sahələr üzrə tədris aparan təhisil müəssisələri və professor-müəllim heyəti üçün böyük əhəmiyyəti olan bir nəşrdir. Yeni nəşr xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə mütəxəssislərin bu sahəyə yeni gələn abituriyentlərə bələdçi olmaları, bu sahə üzrə formalaşmış uzun illərin zəngin bilik və bacarıqlar toplusunun peşəkar nəsildən gənc nəslə ötürülməsinin və bununla da daha hazırlıqlı abituriyent axınını yaratmaq üçün bir fürsətdir.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya http://www.abiturient.az/ saytından sifariş etmək olar.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.