Ölkə

Müğənni Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə gəlmədi

19 Aprel 2019 18:59
10 Şərh     Baxış: 3 952

Yasamal Rayon Məhkəməsində "Space" televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə müğənnilər iştirak etməyib. Prosesdə müğənnilərin və şikayətçi tərəfin vəkilləri iştirak edib.

Proses mayın 1-də davam edəcək.

Qeyd edək ki, aprelin 5-də "Space TV"-də "Hər səhər" verilişində müğənni R.Axundovla R.İlyasov qonaq olub. Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, R.Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.

Daha sonra vətəndaş Yasamal Rayon Məhkəməsinə müraciət edərək hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanması tələb edilir

Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Süleyman · 19 Aprel 19:1180

    O hansı vətəndaşdır ki, Yasamal rayon məhkəməsinə müraciət edib? Əgər ad gizlədilirsə, demək bu uydurmadır, təzə iş stilidir.

    Cavab yaz
  • Anonim
    Maqa · 19 Aprel 20:5830

    Neyse bu iwden hec gozum su icmir ele bil ki nese quranaya oxwayir

    Cavab yaz
  • Anonim
    $$$. · 19 Aprel 20:5915

    Biyabırcılıq !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 19 Aprel 22:4233

    Serf eləmiyib de özlerine eziyyet vermeyibler .

    Cavab yaz
    • Anonim
      Diogen · 20 Aprel 20:1000

      Youtube-a qoyublar, nalayiq ifadeler olduğu üçün linki vermirem, bele tedbirler çoxdan lazım idi bizim şoubiznese

      Cavab yaz
  • Anonim
    ... · 20 Aprel 09:5321

    guya ki boyuk wey olub.adam oldurubler? her kes aydan ari,sudan durudur.hec kim omrunde soyuw soymuyub?yoxsa ewitmeyib? eh. yaxwi tereflerin de gorun de bunlarin onda hec dillenmirsiz

    Cavab yaz
  • Anonim
    qonaq · 20 Aprel 10:1611

    efirde o geder onlardan beter daniwan, ozunu apara bimeyen manis ve aparicilar var.MTRŞ niye onlari mehkemeye vermir?

    Cavab yaz
    • Anonim
      Ay qonaq · 20 Aprel 10:2620

      Efirdə kim ele onların işlətdiyi sözləri işlədib. Deyesen senin xoşun gəlib onların dansıqınan. ..

      Cavab yaz
  • Anonim
    ... · 20 Aprel 15:4100

    eceb eliyib gedmiyibler.kiwi adamdilar. gedib elemiyun ale

    Cavab yaz
  • Anonim
    Şerhçi · 20 Aprel 19:1210

    Metanet esedova canli efirde Zohre Abdullayevanin qulaĝina çox terbiyesiz soyuwle soymuwdu.mikrafonla ewidildi.ay zaurun verliwinde.yutubda da var.qadaĝa ona lazim idi.ozude birdefelik

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.