Ölkə

“Sinif yoldaşımı bıçaqlamışdım” - Fəzail Ağamalı

19 Aprel 2019 17:49
3 Şərh     Baxış: 2 028

"Mən ən sərt sistemin dövründə orta məktəbdə oxumuşam. Tam məsuliyyətlə deyirəm, dəcəl olduğum üçün danlanmışam. Hətta məktəbdən 10 günlük uzaqlaşdırılmışam".

Milli.Az xəbər verir ki, bunu deputat Fəzail Ağamalı azvision.az saytına açıqlamasında deyib.

Deputat bildirib ki, sinif yoldaşıyla dalaşıb, ona gücü çatmadığı üçün bud nahiyəsinə bıçaqla xəsarət yetirib: "Rəhmətlik babam təkid etdi ki, uşaq məktəbə qaytarılmalıdır. Dedi, mənim uşağımı döyüblər, heç kim aralamayıb, o da məcbur olub bıçaqdan istifadə edib. Ancaq heç zaman valideynlərim və ya müəllimlərim dərsə görə məni cəzalandırmayıblar. Bir dəfə qardaşımı müdafiə edib özümdən böyük bir oğlanı döymüşdüm. Məni atama şikayət etmişdilər. Atam da məni cəzalandırmışdı. Yalnız onda atamı 3-4 gün danışdırmamışam".

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Aqsaqqal · 19 Aprel 19:2910

    Ay muellimler,bilerekden,bilmiyerekden cinayeti bele tebliq edirik?Seher mektebli sinif yoldawini yortanda bunun sebebini axtaracaqiq!...

    Cavab yaz
  • Anonim
    Dəniz ləpəsi · 19 Aprel 20:1630

    Ay Ağamalı müəllim, bu nə müsahibədir??

    Cavab yaz
  • Anonim
    Raul · 20 Aprel 08:2110

    Belə deputatdan nə gözləyəsən.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.