Ölkə

AZAL və “PASHA Travel” razılığa gəlib - Səudiyyə Ərəbistanının üç şəhərinə...

19 Aprel 2019 16:57
Baxış: 1 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə "Azərbaycan Hava Yolları"nın Ər-Riyadda keçirilmiş "Azərbaycan şahinin gözü ilə" təqdimatı ərəb ölkələrinin vətəndaşlarının və turoperatorlarının böyük marağına səbəb olmuşdur.

"Azərbaycan Hava Yolları" QSC və "PASHA Travel"ın mətbuat xidmətlərindən Milli.Az-a verilən məlumata görə, bu böyük tədbirin ilk nəticəsi kimi AZAL 2019-cu il yay uçuş cədvəli çərçivəsində Səudiyyə Ərəbistanına bir sıra çarter layihələri üzrə ölkəmizin aparıcı turoperatoru "PASHA Travel" ilə tərəfdaşlığını elan etməyə şaddır.

"PASHA Travel" təqdimatda bəyan edilən altı istiqamətdən üçünə 2019-cu ildə çarter reysləri yerinə yetirəcək:

Bakı -Dammam- Bakı - cümə günləri (iyunun 7-dən etibarən);

Bakı- Ər-Riyad- Bakı - bazar ertəsi günləri (iyunun 10-dan etibarən);
Bakı-Əl-Xufuf-Bakı - bazar günləri (iyunun 9-dan etibarən);

Xatırladaq ki, AZAL həmçinin Səudiyyə Ərəbistanının aşağıdakı şəhərlərinə birbaşa aviareyslər yerinə yetirəcək.

Bakı-Ciddə-Bakı - bazar ertəsi günləri (aprelin 8-dən etibarən);

Bakı-Mədinə-Bakı - çərşənbə günləri (iyunun 5-dən etibarən);
Bakı-Burayda (Əl-Qassim)-Bakı - (cədvəl dəqiqləşdirilir)

Qeyd edək ki, AZAL və "PASHA Travel"ı  2017-ci ildən bəri uzunmüddətli uğurlu əməkdaşlıq bağlayır. Səudiyyə Ərəbistanına yeni reyslərlə yanaşı, cari ildə birgə birbaşa çarter reysləri həmçinin iyunun 20-dən sentyabrın 12-dək Tivata (Monteneqro) yerinə yetiriləcək. Aviabiletin qiymətinə baqajın (23 kq-dək) pulsuz daşınması və isti yeməklər və soyuq qəlyanaltıların tam çeşidi daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.