Ölkə

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir

19 Aprel 2019 16:04
0 Şərh     Baxış: 1 192

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, sərnişinlərin istək və təkliflərini nəzərə alaraq 22 aprel 2019-cu ildən etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir.

Belə ki, gün ərzində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən qatarların sayı 13 cütdən 14 cütə çatdırılıb.

Eləcə də Bakıdan yola düşmə və Bakıya çatma vaxtlarında optimallaşdırma aparılaraq dəyişiklik edilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.