Ölkə

Nazpəri qardaşının onu zorladığını iddia etdiyi qızını İNTERPOLA VERDİ - FOTO

19 Aprel 2019 14:24
19 Şərh     Baxış: 8 100

Xalq artisti Nazpəri Dostəliyeva qardaşı Ağalar Dostəliyevin qızı Pərvanənin onun haqda iddialarına cavab verib. 

Milli.Az xəbər verir ki, xanım sənətkar qardaşı qızının sosial şəbəkə hesabından onun barədə dediklərinə görə qanun qarşısında cavab verəcəyini bildirib.

"Hər şey daxil"in efirinə telefonla qoşulan Nazpəri Dostəliyeva Pərvanənin beynəlxalq axtarışa verildiyini qeyd edib:

"Mən qalmaqaldan qaçdıqca, qalmaqal gəlib məni tapır, heç bilmirəm hansı səbəbdən məni yaxalayır. Öndə gedən insanların hər zaman ayağından dartmaq istəyiblər. Yaxşı sənətkarları az qalırlar ki, boğsunlar, ümumiyyətlə bu səhnədən uzaqlaşsın. Rəhmətlik atamın sağlığından bu günə qədər bunların hamısını mən görmüşəm. 

Mən ümumiyyətlə bu məsələyə açıqlama gətirmək istəmirəm. Mən istəyirəm bu xalq bir şeyi bilsin! Haqsız olaraq bunu mənim çiynimə yükləyirlər, məsuliyyət daşımalıyam. Mən daşıyıram övladlarımın məsluliyyətin, mən daşıyıram çox insanların məsuliyyətin. Amma niyə? Məgər bir insan elə hər kəsin məsuliyyətini daşımalıdırmı? Oxuduğum Quranda, oxuduğum yasində Allahın qoyduğu bütün qanunları hər zaman həyata keçirmişəm öz şəxsiyyətimlə. Heç vaxt xalqa qarşı hörmətsizlik etməmişəm. Xalqa qarşı heç vaxt qüsurum olmayıb. Bu gün yeri gələndə mənim çiynimdə tanımadığım 5 ailə var ki, ataları dünyaların dəyişib, tək analarının ümidlərinə qalıblar, o ailələri saxlayıram. Əgər mən bunları etməsəm Allah mənim ruzimi verməz. Amma bu haqsızlıqları ki, mənim boynuma qoyurlar, bu Allahsızlıqları ki, mənim adıma yazırlar, böyük günah iş görürsünüz, mənim əzizlərim. Bu gün mənə, mənim ailəmə atılan o böhtanlara görə, biz onları vermişik interpola. Əcəb də etmişik. Kimlərsə gedib haradasa oturacaq və onların dediyi hər sözə inanıb, məni günahlandıracaqsınız? Bu bəzi cahil insanların ağzına niyə məni salıb belə edirsiniz? Gedib oturub başqa bir ölkədə, haradasa mənim adımı hallandırır. Mən bunu sübuta yetirəcəm, o qızın atdığı böhtan, yalanları". 

Qeyd edək ki, Pərvanə hesabından paylaşdığı videoda "Altı yaşım olanda atam Ağalar Dostəliyev mənə Zeynəb Dostəliyevanın mikrorayondakı evində təcavüz edib. Yalandan deyirəmsə, balam ölsün. İndiyəcən susmağımın səbəbi qorxmağım idi. Hazırda xaricdəyəm" ifadələrini işlədib.

Məhəmməd Vaqif
Milli.Az

loading...

Şərh yaz:

19 Şərh:

  • Anonim
    Molla Əmi · 19 Aprel 14:37271

    Nazpərinin qardaşı mənə cin mikrorayonda filmini xatırladır...

    Cavab yaz
  • Anonim
    Qaqa · 19 Aprel 14:53242

    Nazperini qohumlarini taniyiram, inan acindan olurler hamisi, hec birine el tutmur yaxina buraxmir, Ələtdə dayisi oglunu taniyiram. aprasiya ucun pul vermedi ona. İndide durub ele dansrki bu nebilmeee..

    Cavab yaz
    • Anonim
      . · 19 Aprel 15:041626

      Pul niye vermelidi xeyriyye cemiyetinin uzvudu ? Nazperi xanim.

      Cavab yaz
      • Anonim
        Sinir · 19 Aprel 18:43101

        Deyen yoxduki mutleq pul versin. Yalannan niye ozunu xeyriyyeci kimi gosterir?

        Cavab yaz
  • Anonim
    as · 19 Aprel 14:53200

    Nə edrsen qabagina çixacaq

    Cavab yaz
  • Anonim
    Oxucu · 19 Aprel 15:06203

    Nazpərinin əgər bu hadisələrdən həqiqətən xəbəri yoxdursa, buna görə ittiham edilməsi doğru deyil. Qardaşı bəlkə oğru olacaq, narkoman ya əyyaş olacaq, təcavüz edəcək, buna görə bacılar məsuliyyət daşımır. Amma qızın dedikləri doğrudursa, o "atanı" linç edib gəbərtmək lazımdır.

    Cavab yaz
  • Anonim
    6 hiss · 19 Aprel 15:10197

    Tapib neyleyessen? Tutdurassan? Ayibdi vallah genc qizin gözlerinden bilinir ki ne qeder zerbe alib gunah deyilmi? Tapib tutdurasan? Qardaşini qarşina al tenbeh et ki bir Ana ve qizini niye bedbext edib?

    Cavab yaz
  • Anonim
    Aqsaqqal · 19 Aprel 15:1480

    BU yazini urek aqrisi ile oxuduqdan sonra dedim:-kaw oleydim, bu yazini oxumayaydim!!!...

    Cavab yaz
  • Anonim
    aea · 19 Aprel 15:281312

    Nazpəri heç vaxt dediyi kimi xalğımıza hörmətsiz yanaşmayıb... Düz eləyib interpola verib.. Məhkəmə kimin düz, kimin səhv olduğuna aydınlıq gətirər.. Allah hər şeyi görür... Bizim haqqımız yoxdur, bilmədən kimisə günahlandıraq, işin əslini bilmirik, kimin yalan kimin düz dediyini bilmirik... Hərə öz xeyrinə danışır

    Cavab yaz
  • Anonim
    bazuka · 19 Aprel 15:55261

    Elə bil uşaq başı aldadır. İnterpola verdim nə deməkdir? Elə bil İnterpol məhlələrindəki uçastkovudur 10 manat cibinə bassın işini gördürsün. Utanmasaydı deyərdi ki, NATO-ya tapşırıb F-35lərlə onu tapıb vuracaqlar

    Cavab yaz
  • Anonim
    Mila · 19 Aprel 16:07102

    Ureyim agridi Pervaneye nece baxa bilersiz lazimsiz ewya kimi bu qiz menim yadima gelir hec kim yiye durmadi yaxwi insanlar var Allah sene komek elesin Pervane cox gozelsen

    Cavab yaz
  • Anonim
    15-28-e Ziyalidan · 19 Aprel 16:13152

    Professor Nazperiden sorushsan ki,Interpol nedir,funksiyasi neden ibaretdir,qerergahi harada yerleshir Shebnem fason cavab verecek.Gozumuze kul ufurmesin.Hele ki, meseleni mehkeme mustevisinde hell etsin sonrasi allah kerimdi.

    Cavab yaz
  • Anonim
    Raya · 19 Aprel 16:15102

    Zaurun verliwine gonbul qiz getirmiwdi Nazperi hec sehneyede yarawmirdi dedi qardawim qizidi o hara Pervane hara mene bele gelirki Pervane senetde olsaydi cox ugur qazanardi ona gore yolunu baglayiblar

    Cavab yaz
  • Anonim
    Sefa · 19 Aprel 16:1991

    Oooo butun nesil bunu sayesinde yashayir..

    Cavab yaz
    • Anonim
      Sinir · 19 Aprel 19:0771

      5 aile saxlayirmiw. Inanan dawa donsun!Men uwaq olanda ic xeber verliwinde bir xeste uwaq gostermiwdiler. O ailenin soyadi dosteliyev idi. Aparicida qeyd etdi ki, by aile mugenni dosteliyevanin yaxin qohumlaridi, amma komek etmir. Indi bunun by nagillari daniwmagi gulmelidi.

      Cavab yaz
  • Anonim
    Sovet vətəndaşı · 19 Aprel 16:21151

    İnterpola ha. Pərvanəni İŞİD üzvü yoxsa talibançı kimi axtarışa verib?

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 19 Aprel 16:25142

    Interpola yox,en yaxsisi Bandotdelə versin də .:))

    Cavab yaz
  • Anonim
    Gun kimi · 19 Aprel 16:55110

    Nazperinin qardawi bele, Aygun Kazimovanin qardawi elə,Nazeninin qardawlari ele...

    Cavab yaz
  • Anonim
    Xanum · 20 Aprel 10:0420

    İnterpola niyə verir? Zaura desin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.