Ölkə

17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq - Hamı bu azərbaycanlıdan danışır - FOTO

19 Aprel 2019 13:24
11 Şərh     Baxış: 7 367

17 yaşlı azərbaycanlı şagirdin Sabancı Universitetindən 56 min dollar təqaüd qazanması sosial şəbəkələrdə maraqla qarşılanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu günə kimi informasiya texnologiyaları sahəsində uğurları ilə mətbuatda adından söz açdıran Yasin Quliyev dünyanın bir çox nüfuzlu universitetlərində (University of Massachusetts Boston, University of South Florida, Illinois State University, Bahçeşehir Unveristesi) tam burs qazanıb.

Ancaq onun seçimi Sabancı Universiteti olub. Belə ki, Yasin bundan sonra təhsilini "Kompüter Mühəndisliyi" bölümündə davam etdirəcək.

Xatırladaq ki, Yasin "II Robot Olimpiadası"nda "Hardware Control" kateqoriyası üzrə birinci olmuşdu. Meksikada keçirilən "First Global" beynəlxalq robot-texnika yarışında iştirak etmək haqqı qazansa da, maddi dəstək olmadığından buna nail ola bilməyib.

Qeyd edək ki, Y. Quliyev "Ankara məktəbi" məktəb-liseyi, "İstək" liseyində təhsil alıb. Hazırda isə Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində 11-ci sinifdə oxuyur

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

11 Şərh:

  • Anonim
    NNNN · 19 Aprel 13:3070

    Halal olsun

    Cavab yaz
  • Anonim
    naz · 19 Aprel 13:3090

    Maşallah uğurlar

    Cavab yaz
  • Anonim
    asi · 19 Aprel 13:31120

    Təbriklər..Daha da böyük uğur sahibi olsun..Ümid edək ki, bacarığını ölkə layiqincə qiymətləndirəcək..Daha maddi dəstəksizlikdən tədbirlərdən kənarda qalmaq məcburiyyətində olmayacaq..

    Cavab yaz
  • Anonim
    Lalə · 19 Aprel 13:3760

    Maşallah. Belə xəbərlər daha yaxşıdır.

    Cavab yaz
  • Anonim
    Sh · 19 Aprel 13:4280

    Tehsile qiymet burdan bilinir. Maliyyə olmadığından Turnirde istirak etmeyib

    Cavab yaz
  • Anonim
    sureya · 19 Aprel 14:0450

    bele xeberler bol olsun/ ugurlar

    Cavab yaz
  • Anonim
    orbet. · 19 Aprel 14:0880

    Afərin! Yazıda deyil, nəticəsi olan elmi-texniki tərəqqinin inkişafına qoyulan kapital heç vaxt itməz. " Cəmiyyətdə ömürlük gəlir gətirmək üçün ən əsası savadlı, bacarıqlı şəxsiyyətlər yetişdirmək lazımdır" "Oxumaq, oxumaq, yenə də oxumaq"

    Cavab yaz
  • Anonim
    kate · 19 Aprel 14:0950

    Maşallah, Allah yolunu açıq etsin.

    Cavab yaz
  • Anonim
    Hafize · 19 Aprel 14:3090

    Allah saxlasın.Həmişə arzu etmişəm ki,xalqımızın bu cür nümayəndələrinə baxıb deyi ki,"Bax budur Azərbaycan Türkləri"

    Cavab yaz
  • Anonim
    XANIM · 20 Aprel 09:2610

    Allah qorusun seni oglum Ugurlarin davamli olsun AMIN

    Cavab yaz
  • Anonim
    Nuran Şamaxılı · 20 Aprel 12:4100

    Bu oğlanı göydə ALLAH, yerdə AZƏRBAYCAN xalqı qorusun.Bədnəzərə gəlməyəsən.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.