Ölkə

Bakıda avtobus sürücüləri dalaşdı - Barmağını kəsdi

19 Aprel 2019 13:29
0 Şərh     Baxış: 1 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda sərnişin avtobusu sürücülərindən biri digərinə bıçaqla xəsarət yetirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə aprelin 18-də saat 14 radələrində Atatürk prospektində baş verib. Sürücü, 1966-cı il təvəllüdlü Rafiq Kazımov avtobus dayanacağında olan zaman 211 saylı marşrut avtobusunun sürücüsü Füzuli adlı şəxs nəqliyyat vasitəsini onun yanında saxlayıb və pəncərədən çölə baxaraq Rafiq Kazımovu söyərək təhqir edib, yumruğu ilə onun sifətinə zərbə vurub.

Daha sonra Füzuli R.Kazımovun sağ qolundan tutaraq öz avobusunu işə salıb və barmağına bıçaqla xəsarət yetirib.

Faktla bağlı Nərimanov RPİ-də araşdırm aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.