Ölkə

Rəşad İlyasovla bağlı qadın müğənnidən ŞOK İDDİA: Məni camaatın qabağında... - FOTO

19 Aprel 2019 11:54
8 Şərh     Baxış: 5 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nura Surinin toyda ifası zamanı fonoqramının əməkdar artist Rəşad İlyasovun səs rejissoru tərəfindən yarıda kəsilərək qadın ifaçını çətin durumda qoyduğu kadrlardan sonra yeni iddialar ortalığa atılmağa başlayıb.

Milli.Az xəbər verir ki, Nura "Hər şey daxil"də sözügedən kadrları İnstaqram hesabından paylaşandan sonra bir neçə qadın müğənninin Rəşadla eyni məclisdə həmin hal ilə qarşılaşdıqlarını ona bildirdiklərini deyib.

Nuranın açıqlaması hər kəsi təəccübləndirib:

"Bu hadisəni mən paylaşandan sonra, bir-iki müğənni mənə zəng vurdu ki, o aparan toyda olmuşam. Mənim mikrafonumun səsini alıb. Dedim "Olar ki, bunu çıxıb efirdə deyəsən?". Cavab verdi ki, "Mən qalmaqal istəmirəm". Sonra başqa bir qadın toy müğənnisi deyir "Mən kasıb qızam. Məni bir dəfə özü ilə toya aparmışdı. Orada mikrafonla məni camaatın qabağında pərt elədi". Bunları mənə deyəndən sonra bunun birinci hal olmadığını anladım". 

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.