Ölkə

Bakıda əsən güclü külək fəsadlar yaratdı

19 Aprel 2019 11:29
0 Şərh     Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gecə paytaxtda əsən güclü şimal-qərb küləyi fəsadlar yaradıb.

Milli.Az xəbər verir ki, Baki Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovun Trend-ə bildirib ki, güclü külək Bakıda iki ünvanda ağacları sındırıb:

"Müraciətlər Xətai rayonunda qeydə alınıb. Sakinlər idarəyə müraciət edərək iki ünvanda ağacların sınmasını bildiriblər və əməkdaşlarımız hadisə yerinə cəlb olunublar".

O.Məmmədovun sözlərinə görə, hadisədə xəsarət alan olmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bu gün havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.