Ölkə

Aprelin 24-dən dənizkənarı bulvar ərazisinə giriş bağlanacaq

18 Aprel 2019 17:11
Baxış: 1 277

26-28 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar aprelin 24-dən etibarən dənizkənarı bulvar ərazisinə giriş bağlanacaq.

Milli.Az bildirir ki, bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai bu gün keçirilən tədbirdə deyib.

N.Arpadarai bildirib ki, aprelin 25-dən etibarən Formula 1-ə bileti olan şəxslər bulvar ərazisinə daxil ola biləcəklər.

Onun sözlərinə görə, aprelin 25-dən etibarən yarışla bağlı bulvarda əyləncə proqramları başlayacaq: "Bulvar ərazisinə giriş aprelin 29-dan açılacaq".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.