Ölkə

Hər kəs tarix müəlliminin bu addımından DANIŞIR - VİDEO - FOTO

18 Aprel 2019 18:59
0 Şərh     Baxış: 2 122

İndiki dövrdə məktəbliləri və gəncləri muzeylərə cəlb etmək o qədər də asan deyil.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, xaçmazlı tarix müəllimi şagirdlərdə muzeylərə marağı artırmaq və tədris etdiyi fənni daha yaxşı mənimsətmək üçün maraqlı addım atıb.

Xudat şəhərində yerləşən 4 saylı məktəb liseyinin şagirdləri şanslıdırlar. Çünki onlar dərslərini tarix muzeyində keçirlər. Məktəbdəki müəllimin təşəbbüsü ilə yaradılan tarix kobineti həm də muzey kimi fəaliyyət göstərir.

Sinif otağını muzeyə çevirən tarix müəllimi Sərxan Qəribovdur. Hazırda tarix kobinetində müxtəlif dövrlərə aid 300-ə qədər eksponat qorunur. Bəzi eksponatları tapmaq isə Sərxan müəllimə heç də asan başa gəlmir. 

Sərxan Qəribov - Tarix müəllimi: "Elə gün 1, elə gün isə 2 eksponatımız gəlir. Onları toplayırıq. Əhali arasında maarifləndirmə işləri aparılıb. Kim harada olmağından asılı olmayaraq qədim bir əşya tapırsa dərhal bizə məlumat verir. Biz də gedib gətirib məktəbimizə qoyuruq".

10 ildir tarix dərsi tədris edən müəllim burada tunc, orta əsrlər və ən yeni dövrümüzə aid olan eksponatları qoruyub saxlayır.

Ziya Şıxəmirov - Şagird: "Biz bu eksponatlar sayəsində sinif otağına daxil olduqda özümüzü keçmişdə hiss edirik. Bu vasitə ilə tarixi daha yaxşı mənimsəyirik".

Şagird: "Azərbaycanın keçmişi ilə tanış oluruq. Sanki tariximiz öyrənməkçün səfərə çıxırıq".

Sərxan Qəribov - Tarix müəllimi: "Uşaqlara çox böyük təsiri var. Nəticəsi də özünü göstərir. Bir çox şagirdim artıq müəllim kimi fəaliyyət göstərirlər. Bu, onlar üçün stimuldur".

Sərxan müəllimin arzusu bu eksponatları Xudatda muzey yaradaraq orada sərgiləməkdir.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Hər kəs tarix müəlliminin bu addımından DANIŞIR

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.