Ölkə

Restoranlarda iştah qaçıran qiymətlər - VİDEO - FOTO

18 Aprel 2019 18:09
2 Şərh     Baxış: 1 471

Hansısa restorana əyləşib açıb menyuya baxmaq istəyirsən amma menyudakı qiymətlər əlini yandırır və iştahın küsür. Tərkibi eyni olan yeməyin və ya salatın müxtəlif restoranlarda qiymətləri niyə bu qədər fərqlidir?

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Eyyub Hüseynov - AİB-nin sədri: "Bakıda bəzi restoranlar var ki, üzü dənizə tərəf oturanda əlavə olaraq vətəndaşlardan 20 manat artıq pul alırlar. Və ya eyni yeməyin lap bir-birinə yaxın ərazidə yerləşən restoranlarda çox fərqli qiymətlərin olması... Dövlət tərəfindən bu qiymətlər tənzimlənmir. Biznes strukturları özləri qiymətləri necə istəsələr qoya bilirlər. İstehlakçı sadəcə seçim etməlidir".

Qiymət artımının digər səbəbi isə turist axını ilə bağlıdır.

Rəşad Həsənov - İqtisadçı-ekspert: "2015-ci ildən sonra Azərbaycana turist axını artıb. Azərbaycan turist axının artması fonunda qeyd edilən istiqamətlərdə xidmətlərə tələb də yüksəldi".

Restoran sahibləri qiymət dəyişikliklərini isə müxtəlif səbəblərə bağlayırlar.

Qanunvericilik sahibkarlara qiymətlərin tənzimləməsində müəyyən qədər sərbəstlik verir.

Qorxmaz Ağayev - Vəkil: "Qiymətlərin tənzimlənməsi İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun, ticarət, ictimai-iaşə, xidmət sahəsində Nazirlər Kabinetinin qaydaları ilə tənzimlənir. Bax bu sənədlərin üçündə də  restoran xidmətini  qiymətləıri sərbəst şəkildə müəyyənləşdirirlir".

Deməli iş qalır sahibkarın insafına və istehlakçının seçiminə.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Restoranlarda iştah qaçıran qiymətlər

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Şafa · 18 Aprel 18:1540

    Ona görədə turistlər narazı qalır. Ümumiyyətlə dövlət muəyyən qədər nəzarət etməlidi.

    Cavab yaz
  • Anonim
    Tam Maxfi · 18 Aprel 19:1720

    Hasisa sahibkari oz basina qoysan o da isdediyini eder.Ele ona gorede turist kasadlasib.Seherde bunun kor gozle sahidi olabilersiniz. Otellerde bos qalib.Sunki sahibkar qudurub aciq askar soyurlar.Tesevvur edinki yuxarida yazilib.Bir restaranda oturduqun yerlerin qiymeti ferqlidi.Bizim miller beledi cox isdeyib azdan olur. Insafdaki 0% di.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.