Ölkə

Özündən 5 yaş kiçik sevgilisini bıçaqlayan qadın azadlığa buraxıldı

17 Aprel 2019 17:34
0 Şərh     Baxış: 469

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Gülnar Şərifovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən G.Şərifova bildirib ki, qeyri-rəsmi nikah münasibətində yaşadığı, özündən 5 yaş kiçik olan Elçin Zeynalovla əvvəl də mübahisə edib: "Elçin işdən evə əsəbi gəlmişdi. Mənimlə mübahisə etdi, sonra əsəbləşib, bıçaqla onu vurdum. Əsəbi idim, indi çox peşmanam".

Zərərçəkmiş E.Zeynalov şikayətçi olmadığını, onu bağışladığını deyib.

Daha sonra məhkəmə istintaqı başa çatıb.

Prokuror G.Şərifovanın 3 il müddətinə azadlıqdan məhrum edilməsini, qadının azyaşlı uşağı 14 yaşına çatana qədər hökmün icrasının təxirə salınmasını istəyib.

Məhkəmənin hökmü ilə G.Şərifovaya şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına əsasən, 2018-ci ilin iyun ayının 1-də Bakı şəhərində G.Şərifova qeyri-rəsmi yaşadığı, özündən 5 yaş kiçik olan Elçin Zeynalovla mübahisə edib. Mübahisə zəminində o, E.Zeynalovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

G.Şərifova barəsində Cinayət Məcəlləsinin 126.1-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.