Ölkə

Bakıda çimərlikdən qadın meyiti tapıldı - FOTO

17 Aprel 2019 15:24
0 Şərh     Baxış: 1 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Xəzər rayonu, Mərdəkan qəsəbəsi, "Tropikanka" çimərliyinin ərazisində naməlum qadın meyiti tapıb.

Milli.Az bildirir ki, bu barədə Oxu.az-a Polis İdarəsindən məlumat verilib.

Aprelin 17-də səhər saatlarında hüquq-mühafizə orqanları əməkdaşları sudan şəxsiyyəti indiyə kimi müəyyən edilməmiş qadın meyiti çıxarıb. Onun intihar etdiyini ehtimal edilir.  

Polis əməkdaşları vətəndaşlara müraciət edərək, qadının kimliyini müəyyən etməkdə köməklik göstərməyi xahiş edir. Şəkildəki qadını tanıyanların Su Nəqliyyatında Polis İdarəsinin +(99450) 200-58-08 əlaqə nöməsinə zəng vurmaları xahiş olunur:

Qadının əlamətləri: 25-35 yaşlarında, boyu 158-159 sm, saçları qara, gözləri qonur. Kriminalistlər qadında 16 qızıl dişin (səkkiz yuxarıda, səkkiz aşağıda) olduğunu bildirir. Əynində idman üslublu triko, qara uzunboğaz sviter, qırmızı baletka-tufli var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.