Ölkə

Talıb Tale atasının son arzusunu yerinə yetirə bilmədi: Peşimanlığını çəkirəm - FOTO

17 Aprel 2019 12:44
10 Şərh     Baxış: 7 069

Müğənni Talıb Tale atası Ələsgər Ələsgərovun vəfatı ilə bağlı ilk dəfə açıqlama verib.

Milli.Az-a danışan müğənni, atasının son nəfəsinə yetişə bilmədiyini deyib. Talıb Tale atasının ölümündən iki gün öncə əməliyyatdan çıxdığını sözlərinə əlavə edib:

"Atam dünyasını dəyişəndə yanında ola bilmədim. Müalicə üçün rayondan Bakıya gətirmişdik. Həkimlər dedilər ki, "Vəziyyəti qənaətbəxşdir. Hələ ki, bir neçə ay yaşaya bilər". Bakıda özəl klinikada əməliyyat olunmuşdu. Əməliyyatdan iki gün sonra rəhmətə getdi. Mən qayıdırdım Bakıya, yoldaydım artıq. Zəng vurdular ki, belə-belə..."

Talıb atasının ona son sözündən danışıb:

"Dedi ki, "Mənə nəsə olsa işini yarımçıq qoyma. Mənə görə işlərindən qalma. Mən onsuz da xəstəyəm"".

Müğənni atasının son arzusunu yerinə yetirməyə zamanı çatmadığı üçün peşimanlığını da dilə gətirib:

"Özümü günahkar sayıram ki, toyumu görə bilmədi, toyum bir az gecikdi. Ona görə peşimanlıq çəkirəm. Düzdür, özü iştirak edə bilməyəcəkdi. Amma yenə də biləcəkdi ki, toyum oldu. Onun peşimanlığını çəkirəm".

Qeyd edek ki, Ə.Ələsgərov dializ xəstəsi idi.

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    CS · 17 Aprel 13:5451

    ALLAH rehmet etsin gözel insan

    Cavab yaz
  • Anonim
    Seva- - - · 17 Aprel 14:0681

    Allah rehmet elesin kaw ki heyatimizda “kawki “-ler olmayaydi

    Cavab yaz
    • Anonim
      Tiana · 17 Aprel 14:15101

      Allah rəhmət eləsin.Valıdeyn itirmək hər yaşda agirdir.

      Cavab yaz
  • Anonim
    Teselli · 17 Aprel 14:2081

    Mene o qeder pis tesir etdiki onun vefati.Allah rehmet elesin. Talibi yaxindan tanimasamda onunla taleyimiz oxsardi.onun anasi rehmete geden il mende anami itirdim eyni xestelikden.atasi rehmete getdi menimde atam bu deqiqe agir xestedi.3 gun 5 gun ne qeder omru qalib bilmirik.gozleyirik.cox aci bir weydi.imkan olub elinden hecne gelmirse sadece baxirsan caresiz.Allah sebr versin Taliba.

    Cavab yaz
    • Anonim
      Dəniz ləpəsi · 17 Aprel 16:4830

      Allah sizə möcüzə göstərsin, İnşaallah..Həyatda nə möcüzələr var..İnşaallah sizin atanıza heç nə olmaz..

      Cavab yaz
  • Anonim
    Zeynəb · 17 Aprel 14:3260

    Allah rəhmət eləsin valideyn itkisi çox ağırdı çox ağır itkidi

    Cavab yaz
  • Anonim
    Şirvan · 17 Aprel 15:0560

    ALLAH dünyasın dəyişən bütün valideynlərə Rəhmət eləsin, qalanlara ömür versin

    Cavab yaz
    • Anonim
      :(:(:(:( · 17 Aprel 16:0560

      Atam can uste olanda nəfəsi catmirdi.Ona baxib əzab çəkirdik...Hansı övlad ataya ölum arzulayardi ?Biz arzuladıq amma...:(((

      Cavab yaz
  • Anonim
    Dəniz ləpəsi · 17 Aprel 16:4540

    Allah rəhmət eləsin..Amin..

    Cavab yaz
  • Anonim
    ok · 17 Aprel 23:0404

    taleh nayrahat olma manim amimin vazyati pisdi 1 aya gedecak o dunyaya 1 aya usbat ela toyuvu amima deyim catrsinki oxlun evlandi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.