Ölkə

Moskva Dövlət Universitetinin Bakı filialı "Açıq qapı" günü elan edir

17 Aprel 2019 12:21
Baxış: 1 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı "Açıq qapı" günü elan edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Açıq qapı" günü 20 aprel 2019-cu il tarixində, saat 14:00-da keçiriləcək.

Abituriyenlər 2019/2020-ci tədris ili üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbulun şərtləri və qaydaları ilə tanış ola biləcəklər; həmçinin MDU-nun Bakı filialının filologiya, tətbiqi-riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr pillələrində tədrislə bağlı hərtərəfli məlumat ala biləcəklər.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 133 ("Elmlər Akademiyası" metro stansiyasının yaxınlığı)

Əlaqə telefonu: (012) 598 93 32

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.