Ölkə

Ali Məhkəmənin sədri: 2018-ci ildə ümumi məhkum edilənlərin sayı 1300 nəfər azalıb

17 Aprel 2019 11:51
0 Şərh     Baxış: 336

"2018-ci ildə Azərbaycanda birinci instansiya məhkəmələri tərəfindən14 931 nəfər barəsində 12 539 cinayət işinə baxılıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

O qeyd edib ki, onlardan 10 172 iş üzrə 12 433 nəfər barəsində ittiham, 89 iş üzrə 106 nəfər barəsində bəraət hökmü çıxarılıb: "1724 iş üzrə 1842 nəfər barəsində işin icraatına xitam verilib, 37 iş üzrə 39 nəfər barəsində tibbi xarakterli qərar çıxarılıb, qeyd edilən 12 539 işlərdən 11 421 işə ümumi, 1118 işə isə hərbi məhkəmələr tərəfindən baxılıb".

O qeyd edib ki, respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2018-ci ildə ümumi məhkum edilənlərin sayı 2017-ci ilə nisbətən 1300 nəfər, yəni 9,5 faiz azalıb, bəraət alan şəxslərin sayı dəyişmədən eyni qalıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.