Ölkə

Quba-Xınalıq yolunda təhlükə - VİDEO

17 Aprel 2019 11:34
0 Şərh     Baxış: 2 088

Bir neçə gün əvvəl Quba-Xınalıq yoluna böyük bir qaya parçasının düşməsindən sonra ərazidə sürüşmə aktivliyi hələ də qalmaqdadır. 

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları yola nəzarət etsələr də, mütəxəssislər əraziyə gələn turistlərə son dərəcə diqqətli olmağı tövsiyə edir. 

Yolun 35-36-cı kilometrliyində sürüşmə daha aktivdir. Səbəb isə əraziyə yağan yağıntılardır. Mütəxəssislər yola bələd olmayan sürücülərə və zərurət olmadığı təqdirdə Xınalıq istiqamətində hərəkət etməyi tövsiyə etmirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Quba-Xınalıq yolunda təhlükə

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.