Ölkə

Zorakılıq hərəkətləri etməkdə təqsirli bilinənlərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

17 Aprel 2019 12:54
10 Şərh     Baxış: 9 638

Xaçmazda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Vahid Babayev və 1998-ci il təvəllüdlü Vüsal Məmmədovun (cinayət işi üzrə adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, Vahid Babayev 16 mart 2015-ci il tarixdə, saat 14.00-da Vüsal Məmmədovu aldadaraq, 2001-ci il təvəllüdlü Ləman Bağırova (ad və soyad şərti verilib) ilə əvvəllər də cinsi əlaqədə olduğunu bildirib.

Orta məktəbdə əxlaqsızlıq

Beləliklə Vahid Vüsalın cəzasız qalacağını vəd edərək ağır cinayətin törədilməsinə cəlb edib. O, Vüsalla birlikdə Ləmanı rayon ərazisində olan tam orta məktəbin oğlanlar üçün nəzərdə tutulan ayaqyoluna gətiriblər.

Orada Vahid və Vüsal Ləmana zor tətbiq edərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olublar.

İstintaq orqanı tərəfindən Vahid Babayevin barəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri etmək), 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək), 170.3-cü (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə) maddələri ilə, Vüsal Məmmədovun barəsində isə Cinayət Məcəlləsinin 150.2.1, 150.2.3-cü maddələri ilə ittiham elan edilib.

"Ləmana cinsi əlaqədə olmağı təklif etdim"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vahid Babayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, deyib ki, martın 16-da həmkəndlisi Vüsalla nahar vaxtı həmyerliləri Ləmanın onlara tərəf gəldiyini görüb: "Vüsala Ləmanı ayaqyoluna çəkərək onunla cinsi əlaqədə olmağı təklif etdim. Hətta vüsala əvvəllər də Ləman ilə cinsi əlaqədə olduğumu dedim. Vüsal ds mənə etiraz etmədi və birlikdə ayaqyolunun yaxınlığına gəldik. Ləman yanımıza çatanda qolundan tutduq və ayaqyoluna çəkdik. Həmin vaxt Ləman qışqırsa da, ətrafda heç kim olmayıb".

"Bildim ki, bizdən şikayət olunmayıb"

Vahid Babayev qeyd edib ki, Vüsalla birlikdə Ləmanı soyundurublar "Birinci Ləmanala mən qeyri-təbii yolla cinsi əlaqədə oldum. Sonra Vüsal onunla cinsi əlaqədə oldu. Bu zaman Vüsalın əmisi oğlu Həbib ayaqyoluna gəldi. Həbib bizim hərəkətlərimizi gördü və hərəmizə bir şillə vurdu. Həmin vaxt Ləman paltarlarını çəkə-çəkə oradan qaçdı. Bundan sonra bizdə dağılışaraq evimizə getdik. Bir neçə gün gözlədim və sonradan bildim ki, bizdən şikayət olunmayıb".

"Etdiyimiz hərəkəti etiraf etdik"

Təqsirləndirilən şəxsin sözlərinə görə, aprelin 17-də valideynləri ilə birlikdə hadisə baş verən orta məktəbə dəvət olunub: "Həmin vaxt Vüsal da valideynləri ilə birlikdə məktəbin direktorunun xidməti otağına gəldi. Orada həmin vaxt Ləman da var idi. Ləman orada hər şeyi danışdı. Müəllimlər məndən belə bir hadisənin baş verib-vermədiyini soruşdular. Mən də və Vüsal da etdiyimiz hərəkətləri səmimi etiraf etdik".

Digər təqsirləndirilən Vüsal Məmmədov da da eyni məzmunlu ifadə verib. O, da elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

"Məni ayaqyoluna dartaraq apardılar"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ləman Bağırova bildirib ki, hadisə baş verən vaxt orta məktəbin 8-ci sinfində oxuyub: "Həmyerlilərim Vahid və Vüsalı tanıyıram. Onlarla heç bir ədavətim yoxdur. Martın 16-da, təxminən saat 14 radələrində məktəbdə keçirilən "Novruz" bayramı şənliyindən çıxaraq evimizə getmək istədim. Bu zaman məktəbin oğlanlar üçün olan ayaqyolunun yanından keçəndə Vahid və Vüsal əllərimdən tutdular və məni ayaqyoluna dartaraq apardılar".

"Səs-küyə məktəbdə oxuyan oğlanlar gəldilər"

Ləman Bağırovanın sözlərinə görə, ayaqyolunda qışqıraraq kömək istəyib: "Amma Vahidlə Vüsal kömək istəməyimə məhəl qoymadılar. Əynimdən paltarımı çıxardılar. Əvvəl Vahid, sonra da Vüsal mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Səs-küyə məktəbdə oxuyan digər oğlanlar gəldilər. Bundan sonra Vahidlə Vüsal məndən əl çəkdilər. Ağlamağımı görən uşaqlar Vahidlə Vüsalı döyməyə başladılar. Mən isə paltarlarımı geyinərək oradan evə qaçdım. Əvvəlcə qorxumdan heç kimə heç nə demədim. Amma sonradan bu barədə anama danışdım. Nə isə edə biləcəyindən qorxduğumuz üçün atama heç nə demədik".

"Özümü saxlaya bilmədim, hər şeyi atama danışdım"

Ləman Bağırov qeyd edib ki, aprelin 16-da atası onun kövrəldiyini görüb və nə olduğunu soruşub: "Özümü saxlaya bilmədim və baş vermiş hadisəni atama danışdım. Səhəri gün atam anamı məktəbə göndərdi ki, məsələyə aydınlıq gətirsin. Anam evə gəldi və dediklərimin doğru olduğunu atama danışdı. Ona görə də atam ilə birlikdə Xaçmaz rayon polis şöbəsinə gəldik. Atam bu barədə şikayət ərizəsi yazdı".

Qıza təcavüz edənlərin cəzaları

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vahid Babayev 11il, Vüsal Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Tərəflərin şikayətləri Sumqayıt Apelyasiya Məhkəməsində araşdırılıb. Tərəflərin izahatlarını və şikayətlərini dinləyən hakim heyəti sonda qərara elan edib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Məhkəmə Vahid Babayevin cəzasını 9 ilə, Vüsal Məmmədovun isə cəzasını 5 ilə endirib. Bu qərardan narazı qalan Vahid Babayev kasasiya şikayəti verib.

Vahid Babayev kasasiya şikayətində günahsız olduğunu, Ləman Bağırova ilə könüllü cinsi əlaqədə olduğunu əsas gətirib. O, barəsində olan cinayət işinə xitam verilməsini istəyib.

Vahid Babayevin kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Bu yaxınlarda açıqlanan qərara görə, Vahid Babayevin kasasiya şikayəti təmin olunmayıb.

Digər təqsirləndirilən Vüsal Məmmədov tərəfindən kasasiya şikayəti verilməyib. Bu səbəbdən onunla bağlı olan hissədə cinayət işi üzrə kasasiya instansiyasında heç bir araşdırma aparılmayıb.

Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    /// · 17 Aprel 12:5970

    Daha iyrendik bele xeberlerden ne qeder tecavuz xeberi esitmek olar cezani agirlasdirin getsinde

    Cavab yaz
  • Anonim
    Ehh · 17 Aprel 13:2280

    Cezanı agırlaşdırmaqdan yüngülleşdirirler ki her kes üçün el çatan olsun ne deyesen bele edalete

    Cavab yaz
  • Anonim
    Maqa · 17 Aprel 13:2740

    Bele getse qiz uwaqlarini mektebe qoymatacaqlar

    Cavab yaz
  • Anonim
    aea · 17 Aprel 13:3360

    Şərəfsizlər... İndi həbsxanada sizi zorlayarlar əsil kişilər....

    Cavab yaz
  • Anonim
    Musa · 17 Aprel 13:4040

    Ne dehsetli zemaneye gelib catdiq,bu ne iyrenclikdi olkede bas alib gedir,

    Cavab yaz
  • Anonim
    Musa · 17 Aprel 13:4630

    mənim Təhsil nazirinə belə bir təklifim var.qızlar və oğlanlar bir yerdə oxumasınlar .yəni hər yerdə qızlar ayrı oğlanlar isə ayrıca dərs keçsinlər . belə olsa təhsilin keyfiyyəti də yüksələr.

    Cavab yaz
  • Anonim
    Dəhşət · 17 Aprel 13:5450

    Son zamanlar bəzi gədəciklərdə pozğunluq baş alıb gedir. Özüdə fikir vermisizsə 1990 cı ildən bu yana anadan olanlardı bu işləri edənlər. Ömürlük eləsinlər. Getsinlər çürüsünlər. Daha heçkim məktəbə uşaq qoymayacaq.

    Cavab yaz
  • Anonim
    mamed · 17 Aprel 18:5300

    birincisi qiz ayri oglan oxuya bilmez 3 oglan bi yerde dolanar amma 2 qiz hrc vatx qaldi ki hele 100 qiz.

    Cavab yaz
  • Anonim
    R..R. · 18 Aprel 20:3300

    Ceza sert olsun basqalarina da derc olsun

    Cavab yaz
  • Anonim
    R..R. · 18 Aprel 20:3400

    Cezasi cox olmali

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.