Ölkə

Həyat yoldaşını təhqir edən 13 illik dostunu öldürdü - Bakıda dəhşətli qətl

16 Aprel 2019 19:34
5 Şərh     Baxış: 5 191

Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Bəxtiyar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışında onun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası aprelin 23-nə təyin edilib.

İttihama görə, hadisə paytaxtın Nizami rayonunda baş verib.

Bəxtiyar Əhmədov dostu Fikrət Salmanovu bıçala qətlə yetirib. Onların arasında mübahisə Bəxtiyar Əhmədovun ona "polisə arxada oturan qızın arvadın olduğunu deyərsən" sözündən sonra olub.

Bəxtiyar Əhmədov buna etiraz edən zaman Fikrət Salmanov "guya sənin arvadın ondan artıqdır?" deyə cavab verib. Bu isə mübahisənin böyüməsinə səbəb olub.

Nəticədə Bəxtiyar Əhmədov 13 illdir dostluq etdiyi Fikrət salmanovu öldürüb.

Milli.Az 

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Düz edib · 16 Aprel 20:02141

    İndi dost var?!!! Elə dostlar elə ölməlidi. Evə gəlib çörəyini yeyir arvadınada tamah salır!!!

    Cavab yaz
  • Anonim
    Nadir · 16 Aprel 21:5622

    Diqqətlə onu sonra rəy yazın

    Cavab yaz
  • Anonim
    Mamlyuk · 17 Aprel 00:1022

    Heç görmüsünüzmü ki, azərbaycanlıdan dost olar? Çoxlarına əl tutmuşam, ancaq dostluğa layiq adama rast gəlməmişəm. Bizim xalqın nümayəndələri dostluğu pula, vəzifəyə, ya da həyat yoldaşına görə etməyə çalışır.

    Cavab yaz
    • Anonim
      00:10 · 17 Aprel 09:0620

      Düzdü bizimkilər ancaq pul birdə öz maraqları naminə hər şey edərlər. Dostluq qaldı keçmişdəki kişilərin dövründə. İndi heçkimə etibar yoxdu. Dəhşət zəmanəyə gəlib çıxmışıq. İnsanlar çox cılızlaşıb. Bilmirsən üzünə gülənin nə məqsədi var. Maska altında hər işi tuturlar. Ona görə də salam sağol. Nə yaxın getməyəsən nə də yaxın qoymayasan.

      Cavab yaz
  • Anonim
    cavab · 17 Aprel 09:4210

    E le de olmeliydi o soze goreAmma adam oldurmeyin eleyhineyemYaxsica cezalandirmaliyd ders olsun Oldu,sen de mehv oldun Mence adam oldurmek bir nov qorxaqliqin elametidir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.