Ölkə

Bakıda yaşayış binasında YANĞIN - VİDEO

16 Aprel 2019 18:19
0 Şərh     Baxış: 1 251

Fövqəladə Hallar Nazirliyi Bakıdakı yanğınla bağlı məlumat yayıb.

Milli.Az-a daxil olan məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağının və dəhlizinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Hazırda Bakının 9-cu mikrarayon ərazisi, Mir Cəlal 139 ünvanında yerləşın 9 mərtəbəli binanın 7-ci mərtəbəsində güclü yanğın başlayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, yanğınsöndürən maşınları hadisə yerinə gəlib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda yaşayış binasında yanğın-1

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.