Ölkə

Kartof, soğan, kələm ucuzlaşıb - NAZİRLİK

16 Aprel 2019 15:34
3 Şərh     Baxış: 3 138

Daxili bazarın tənzimlənməsi və qiymətlərin sabitləşməsi məqsədilə kartof, soğan və kələmin ixracına müddətli rüsumun tətbiqi, soğan idxalına spesifik rüsumun may ayının 31-dək ləğv edilməsi, həmçinin faraş kartof, soğan və kələmin satışa çıxarılması nəticəsində bazarda bu məhsulların təklifi artmış və aprel ayının ikinci ongünlüyündən başlayaraq qiymətlərdə ucuzlaşma müşahidə edilir.

Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərindən Trend-ə verilən birgə məlumatda deyilir.

Bildirilir ki, artıq kartofun 1 kiloqramı bazarlarda 0.70 manatdan, marketlərdə 0.79 manatdan, soğanın 1 kiloqramı bazarlarda 0.70 manatdan, marketlərdə 1.09 manatdan, kələmin 1 kiloqramı bazarlarda 1.00 manatdan, marketlərdə isə 1.29 manatdan başlayan qiymətlərlə təklif olunur. Bu isə, əvvəlki qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.

Mövsümlə bağlı bazara çıxarılan kartof, soğan və kələmin miqdarının artması ilə əlaqədar bu məhsulların daha da ucuzlaşacağı gözlənilir.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    ELMIRA · 16 Aprel 15:3711

    jaj gelir una gure qisda sliskam qaldiracekler jumurdaja jene ne uldu bahsalasdi

    Cavab yaz
  • Anonim
    @@@@@@@@@@@ · 16 Aprel 15:4520

    sad xeber olasiz.doluyublar camaati.yatiriq ayiliriq bir xeber.gorek necedirse

    Cavab yaz
  • Anonim
    AZƏRBAYCAN VƏTƏNDAŞI · 16 Aprel 17:5110

    KARTOF KƏLƏM SOĞAN ÖLKƏDƏN CIXMASINA QADAĞA QOYMAQ LAZIMDIR BAHALIQ YARANIR BƏS GÖMRÜK HARA BAXIR TÜRKİYƏDƏ KARTOF SOĞAN KƏLƏM BAHALAŞIB YÜZ MİLYON ƏHALİSİ VAR BİZ İSƏ ON MİLYON TƏZ OLDUQ DAXİLİ BAZARIMIZI QORUYAQ.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.