Ölkə

“Anamı qucaqlamaq istəyirəm, buna ehtiyacım var” - Mərhum ginekoloqun oğlu - VİDEO - FOTO

16 Aprel 2019 16:29
16 Şərh     Baxış: 10 212

ARB TV-nin "Bu qədər" proqramının növbəti buraxılışında mərhum ginekoloq Səbinə Mirzəyevanın həyatından danışılıb.

Milli.Az xəbər verir ki, övladları və rəfiqələri onun haqqında xatirələrini bölüşüblər:

Tamerlan Qasımov - Oğlu: "Anam müdrik idi. O anlayırdı ki, uşaqları cəzalandırmaq əvəzinə öyrətmək lazımdır. İstəyirəm anamın məni görmək istədiyi kimi olum. Onun ümidlərini doğruldum. Gələcəyimi anamın istədiyi kimi qurmaq istəyirəm. Hər zaman ona güvənirdim. Ondan məsləhət almaq istəyirəm. Soruşmaq istəyirəm ki, indi nə edim? Necə davranmalıyam? Çalışıram, amma hiss edirəm ki, bu bəs etmir. Sadəcə onu görmək, qucaqlamaq istəyirəm. Buna ehtiyacım var, başqa heçnə istəmirəm".

Süleyman Qasımov - Oğlu: "Anam bizə acıqlanırdı, amma heç vaxt döymürdü. O başa düşəndə ki, biz etdiyimiz hansısa yanlış hərəkətin fərqinə vardıq, daha bizi cəzalandırmırdı. Bizə güvənirdi. Anam istəyir ki, mən onda da çox naliyyətə sahib olum. Bəzən mən özümü danlayanda ki, axı mən bunu niyə etdim? Mən heç nə bacarmıram. Anam deyirdi ki, sən nə danışırsan?! Sən her şeyə nail olacaqsan. Bir şey etmək istəyəndə onu düşünürəm, onun kimi olmaq istəyirəm. Böyüyəndə anam kimi həkim olmaq istəyirəm".

Sevinc Çılğın  - Rəfiqəsi: "Belə bir söz var, "bizim dost itirən vaxtımız deyil". Hər ölüm vaxtsızdır, amma Səbinənin yoxluğu həyatın silləsi kimi dəydi. Səbinə etdiyi yaxşılıqlardan zövq alırdı. Bir insanın 80 ildə edə biləcəklərini, o 40 illik ömrünə sığdırdı. Sanki Səbinə bizim ruhumuza imza atmağa gəlmişdi, atdı və getdi".

Ellada Abdullayeva - Rəfiqəsi: "Bir həkim olaraq başa düşmədik ki, Səbinə nədən öldü. Yarıb, ölüm səbəbini araşdırmaq lazım idi. Amma heç kim qıymadı. Ölüm səbəbini bilmədik, bilmək də istəmirik. Çünki onu həyata gəlmiş bir mələk sanırıq. Bütün bacardıqlarını etdi və bitdi. Onun edə biləcəklərinin 1/100-ni mən edə bilmirəm. Səbinədən sonra sevinə biləcəyim çox şeylər oldu, amma sevinə bilmirəm. O gedəndən sonra atamın məzarında ağlaya bilirəm. Ən çox səsi üçün darıxıram".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

16 Şərh:

  • Anonim
    İnanna. · 16 Aprel 16:4630

    Uşaqları:(((((((((

    Cavab yaz
  • Anonim
    kukuma · 16 Aprel 16:5350

    bu video baxanda çox pis oldum cox guleruz mehriban savadli xeyrixah insan imiş hemise yaxsi insanlar heyatdan köçür :((

    Cavab yaz
  • Anonim
    suzan · 16 Aprel 16:5881

    Allah rəhmət eləsin. İtgi çox ağırdı.Bir ömür yeri dolmur.

    Cavab yaz
  • Anonim
    Günay Xanım · 16 Aprel 16:5881

    Gözəl, masul üzlü Səbinə xanım. Tez getdiniz aramızdan. Çox ağladım(((((((

    Cavab yaz
    • Anonim
      Əsranur · 16 Aprel 17:5418

      Günay xanım,"masul üzlü"nə deməkdir?

      Cavab yaz
  • Anonim
    cicək-64 · 16 Aprel 17:0280

    bizdə axtarırıq o gözəl insanı, gözəl həkimi, gözəl xanımı .Bu insan sanki xəsdələri ücün həkimi oldüğü qədərdə analıq edirdi.İndiki vaxtda Səbinə xanım kimi həkimlər cox azdı onun yoxluğu o qədər hiss olunurki, gəlinim 5 aylıq hamilədir hələdə hec bir həkimlə uzlaşa bilmir 3 həkim dəyişib hər gündə deyir Sənə ALLAH rəhmət eləsin səni mən hardan tapım ay Səbinə xanım.Gülər üzlü xoş sifətli qayğıkeş,savadlı və milyonların ANASI

    Cavab yaz
    • Anonim
      niran · 16 Aprel 17:5130

      Allah rehmet elesin:( gozlerim doldu goz yaslarimla . Samire xanim var oda inanilmaz yaxsi hekimdi bizim balalarin hekimi. diyesen indi nerimanovdaki Oksigen.

      Cavab yaz
  • Anonim
    Əsranur · 16 Aprel 17:3863

    Uşaqlara ürəyim ağradı.Uşaq atadan yox,anadan yetim qalır.Uşağı ancaq ana ovundura bilir.Çox üzüldüm.Öz balalarımı qoydum onların yerinə.Hardasa,xoşbəxt ana olub-arxasında bu cür ağlayan övladlar qoyub gedibsə...:((((

    Cavab yaz
  • Anonim
    $$$. · 16 Aprel 18:1350

    İnşallah Səbinə xanımın yarımcıq qalmış arzularını oqlu həyata kecirdər ! Allah rehmet etsin ! Nur icində yatsın ! Amin !

    Cavab yaz
  • Anonim
    Gunka · 16 Aprel 18:3050

    Seidimin gozel hekimi o qeder gozel insan olmusanki ne daniwsam bes etmez melek gelmiwdin getdin.Dunyaya getirdiyin uwaqlari oz balan bilirdin

    Cavab yaz
  • Anonim
    (( · 16 Aprel 18:3140

    Allah rehmet elesin((

    Cavab yaz
  • Anonim
    Anonim · 16 Aprel 20:3520

    Allah rehmet elesin esl hekim idi.Respublika prenatalda Mamaginekoloq Ruslan hekim var cox savadlidi.Usagimin sag qalmagini ona borcluyam

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 16 Aprel 21:0020

    Allah rehmet elesin .

    Cavab yaz
  • Anonim
    Banu · 17 Aprel 09:3300

    Bu xanim qebulunda olmamisdim,ara sira seifesin izleyirdim,olum xeberin esidende sanki bir yaxinimi itirmis kimi oldum,helede sekilin gorende cox pis oluram. Mekanin cennet olsun gozel insan.

    Cavab yaz
  • Anonim
    b · 17 Aprel 13:1800

    bəzən şöhrət baş gicəlləndirici olur.O zaman arxanda göz yaşı tökənləri unudursan və səni ölümə aparan işi edirsən.

    Cavab yaz
    • Anonim
      @@@@@@@@@@@ · 17 Aprel 14:1200

      o hansi isdir?neyi nezerde tutursuz?

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.