Ölkə

Ağdamda dəhşət: qadın 10 aylıq qızını boğub öldürdü - TƏFƏRRÜAT

16 Aprel 2019 13:49
16 Şərh     Baxış: 5 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdamda ana qızını qətlə yetirib.

Milli.Az ONA-ya istinadən xəbər verir ki,  rayonun Qərvənd kəndində məskunlaşan 1992-ci il təvəllüdlü İsmayılova Günel Şahsevər qızı ailə münaqişəsi zəminində on aylıq körpə qızını boğaraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. G.İsmayılova saxlanılaraq Polis Şöbəsinə aparılıb. 

Günel İsmayılovanın 10 aylıq qızını öldürməsinə ailəsindəki problemlər səbəb olub.

Bu barədə Oxu.az-ın bölgə müxbirinə yerli sakinlər məlumat verib. 

Onların sözlərinə görə, 27 yaşlı G.İsmayılova bir müddət əvvəl ikinci dəfə ailə həyatı qurub.

Yeni qurulan ailədə tez-tez münaqişələr baş verib. Boşanmaq ərəfəsində olan qadın övladını boğaraq öldürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.