Ölkə

Bakıdakı uşaq evi ilə bağlı tükürpədici faktları açıqlayan müəllimə nazirliyə çağırıldı

16 Aprel 2019 11:44
20 Şərh     Baxış: 9 536

Kimya müəlliməsi Leyla Ucalın sosial şəbəkədə Mərdəkanda yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbi haqqında yazdıqları geniş müzakirələrə səbəb olub.

Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, 2017 ildə 2 həftə sözügedən məktəbdə dərs keçən gənc müəllim müşahidələrini ictimaiyyətlə bölüşüb. Bildirib ki, məktəbdə uşaqların yaşadığı problemlər, onun qarşılaşdığı qanunsuzluqlarla bağlı Təhsil Nazirliyinə şifahi və yazılı müraciət etsə də, ondan maddi sübut (video və ya səs yazısı) istənilib.

L. Ucalın yazısından bəzi qeydləri təqdim edirik:

"Məktəbdə müəllimlər (direktor, direktor köməkçisi daxil) toplu şəklində uşaqları təhqir edir, şəxsiyyətlərini alçaldırdılar. Uşaqları divara çırpan, qapazlayan, qızların saçını yolan müəllimlər görmək adi hal idi.

Şagirdlərə kitab yalnız 45 dəqiqə ərzində paylanıb dərs sonunda yığılırdı. Buna etiraz etdiyim zaman müavin mənə dedi ki, uşaqlar vəhşidir, kitabları versələr, cıra bilərlər. Halbuki oxumaq istəyən uşaqlar var idi, amma yazıqların əllərinə kitabı verəndə o qədər minnət qoyurdularki, uşaqlar oxumaqdan soyuyurdu.

Məktəbdə dərs keçən bir mən, bir də rus dili müəlliməsi idi. Digər heç bir müəllim dərs keçmədi mən orda olduğum müddətdə. Fizika müəllimi direktor müavini idi. Uşaqlar deyirdi ki, bu adam öz dərsinə ildə iki dəfə girir -ilin əvvəlində və ilin sonunda.

Bunun nəticəsidir ki, məktəb tarixində 1 nəfər də olsun universitetə daxil ola bilməyib.

Məktəbin psixoloqu direktorun sürücüsü idi. O, tez-tez uşaqları heç bir əsas olmadan dərsdən çıxarıb fiziki iş görməyə aparırdı.

Uşaqlara gələn keyfiyyətli qidalar satışa çıxarılır, elə onları da uşaqlar daşıyırdı.

5 saat dərsimin hər saatı bir günə salınmışdı, Mənə bildirildi ki, hər ay direktor müavininə 50 manat versəm, dərsim 2 günə salınar. Bütün bu rahatlıq direktorun icra başçısı ilə çox yaxın olmasından gəlirmiş.

İnternətdə yerləşdirilən bütün şəkillər şou xətrinə çəkilirdi. Tədbirlərdə maddi sübut olsun deyə həqiqətən də incəsənət, musiqi dərsləri keçirilirdi. Amma yenə də məqsəd uşaqlarda qabiliyyət formalaşdırmaq yox, rəsmi qonaqlar olanda onları musiqi ilə əyləndirə bilmək olurdu".

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bizimyol.info-ya bildirilib ki, ötən gün Leyla Ucalın şəxsi "Facebook" səhifəsində 2 nömrəli ümumi orta internat məktəbi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət olaraq müəllif Təhsil Nazirliyinə dəvət edilib və qeyd olunan məsələnin təfərrüatları bu gün onun iştirakı ilə müzakirə ediləcək: "Bəhs edilən internat məktəbinə bir neçə media qurumu bu gün səfər etmiş, orada olan vəziyyətlə bilavasitə özləri tanış olmuş və yaxın saatlarda bu barədə reportajlar təqdim edəcəklər. Məlumat üçün bildirirəm ki, son bir neçə il ərzində internat məktəblərində olan şəraitlə bağlı müxtəif media qurumlarının iştirakı ilə dəfərlərlə tanışlıq səfərləri təşkil edilib və Nazirlik bu kimi məsələlərdə ictimai nəzarət funksiyasına həmişə xüsusi önəm verib".

Milli.Az

loading...

Şərh yaz:

20 Şərh:

  • Anonim
    /// · 16 Aprel 11:46280

    Demek olar ki butun usaq bagcalarina verilen erzaqlar mudriyyet terefinden satisa cixarilir

    Cavab yaz
  • Anonim
    Iranli - Azeri · 16 Aprel 11:50221

    beli , men inaniram bu muellimeye , inanilmaz derecede vehsilik hokm surur sahibsiz yerlere ( diqqetden kenar yerlere) adi mektebler bele vecsiz insanlarki adini mudir ve muellime ve tanisliqla bu ise duzelenlere doludur. heyif azerbaycanaki egitim yerlerini bele mehv edirler . heyif.

    Cavab yaz
  • Anonim
    ....... · 16 Aprel 11:53170

    mende cox ewitmiwem (adi vetendawdan yox !! )uwaqlar incidilir amma ne fayda nazirlik inanmayacaq cunku muellime duz deyib gedib gelecekler onlarda artistlik edib inandiracaqlar ,yadinizdadisa Aysunda eled bu hereketi drktr isden cixarildi genc xanima ugurlar!

    Cavab yaz
  • Anonim
    Ceyhun · 16 Aprel 12:00250

    İnşəallah vicdanla qərar verilər. Allah heç bir uşağı yetim qoymasın. Yetim haqqını yeyənlər bilsinlər ki,Allahın cəzası çox ağırdır...

    Cavab yaz
  • Anonim
    111 · 16 Aprel 12:01120

    adam dehshete gelir, bilmir inansin ya yox, vay o gune ki, bunlar doqru cixa(((((((((((((((

    Cavab yaz
  • Anonim
    Xan · 16 Aprel 12:04180

    Leyla xanım halal olsun sizə ki bu məsələni üzə çıxardınız,insallah Təhsil Nazirliyi bu işi dərindən araşdırar,onsuz da orda olan körpələr həyata 1-0yenik başlayıb,onlara sevgi qayğı Lazimdir,Allah bütün uşaqları qorusun

    Cavab yaz
  • Anonim
    KONUL · 16 Aprel 12:13180

    MEN OXUDUQCA AGLAMAGIM GELIR. ORDA ISLEYEN O VARLIQLAR OZLERINE INSAN DEYIB NECE CEMIYYET ARASINA CIXA BILIR? ALLAH ISLAH ELESIN. BELI BUNU HAMI AMMA HAMI BILIRKI BURA KIMI BAXCALARA VERILEN ERZAQLAR DA SATISHA CIXARILIR. ALLAH SIZE LAYIQLI CEZASINIZI VERSIN INSEALLAH. O KORPELERIN ANASIZ ATASIZ BALALARIN HEMDE BOZAGINDAN KESIB YEDIYINIZ HER LOXMA GOZUNUZE DURSUN

    Cavab yaz
  • Anonim
    KONUL · 16 Aprel 12:14180

    HALALDI BU XANIMA ANASININ ATASININ HER EZIYYETI. BIR UREKLI CIXIB KISHI QEYRETLISI. INSEALLAH BASHINA ISH ACMAZLAR. ALLAH QORUSUN SIZI VE SIZIN KIMILERI

    Cavab yaz
  • Anonim
    Şərhci · 16 Aprel 12:35100

    Butun baxcalarda internatlarda veziyyet eynidir produktu mudriyyet yeyir ya da satdirir.fakt gorunur de hami da yaxsi bilir sadece coxıarina serf edir deye dinen yoxdu deyirler ki hokumetin puludu da yeyirik day demirler ki Allahin da qarişmadugi qul haqqı yeyirik.

    Cavab yaz
  • Anonim
    kate · 16 Aprel 12:38100

    SONUC6 Müəlliməni haqsız çıxaracaqlar və məktəb üzünə həsrət qoyacaqlar və bundan bizim xəbərimiz olmayacaq.

    Cavab yaz
  • Anonim
    Kamilla · 16 Aprel 13:12100

    Tesekkur Leyla xanim. Cesaretinize gore. Hami bilir ki bu beledir....yazmasan da hami bilirdi.... Kitabi sagirde vermemek...dehsetdi.

    Cavab yaz
  • Anonim
    Suleyman · 16 Aprel 13:2470

    men bu muellimeni tanimiram ama yazdiqlarinada inaniram.cunki bele seylere rast gelmek olar.insallah bu muellime orda cekilis etmis olar yoxsa huquq muhafize orqanlarina verecekler.bu xeberi dostlar izleyek ve muellime haqqda ne qerar vereceklerini bilek

    Cavab yaz
  • Anonim
    Rehman · 16 Aprel 13:3480

    Gedirsiz kisi kimi arasdirin. eminemki bu xanim duz deyir

    Cavab yaz
  • Anonim
    !!!! · 16 Aprel 14:0470

    Adım kimi əminəm ki müəllimə düz deyir. Burunlarından gəlsin o uşaqların haqqı, yeyənin haramı olsun. Allah heç bir körpəni ata-anasız, yiyəsiz eləməsin. Ürəyim parçalandı lap(((

    Cavab yaz
  • Anonim
    Konul · 16 Aprel 14:1760

    Necede yeyirler yetim yesirin haqqin Butun usaq evleri internatlar beledi eger bele olmasaydi mudurleri bahali heyat yashamazdi

    Cavab yaz
  • Anonim
    $$$. · 16 Aprel 14:2070

    Leyla xanım Sizə öz təşəkkurumu bildirirəm. Nə yaxşı ki hələ də Muəllim adını layiqincə daşımaq istəyənlər var ! Halaldır Sizə ! Qaldı ki bu yetim uşaqların haqqına girən muəllim və mudirə Allah onların cəzasını versin ! Bir də yaxşı olar ki , Təhsil nazirliyi də bu muəllimə xanımın işdən cıxarılmaması ucun butun tədbirləri görsunlər və o ruşvətxor mudiri işdən azad edib məsuliyyətə cəlb etdirsinlər !

    Cavab yaz
  • Anonim
    Semaxıdan · 16 Aprel 21:3340

    men inanıram bu müəlliməyə. İnşALLAH səni düz eşidib haqlı yoxlamalar olar. Yetimin haqqına girənin yeri cəhənəmdir.

    Cavab yaz
  • Anonim
    Yusif · 17 Aprel 01:0330

    Allah size en ağir bela versin o uşaqlara el qaldirdiğiniz yerde ezabli ölüm versin.Yetimlerin ruzileri boğazinizda daş olub sizi öldürsen.Zeher ziqqim yeyesiniz.Elden ayaqdan zelil olasiniz.Guya bilmirdiler ki uşaqlara ezab verirler.....Allah bütün uşaqlari qorusun.

    Cavab yaz
  • Anonim
    VƏTƏNDAŞ · 17 Aprel 11:1210

    NƏZARƏTİ GÜCLƏNDİRMƏK LAZIMDIR YETİMİN HAQQINI YEYƏNİ ALLAH ZÜLM ELƏSİN VİCDANSIZLAR.

    Cavab yaz
  • Anonim
    Guler · 17 Aprel 11:1700

    Leyla xanimin bu etiraflarini oxuyanda icimde ne qeder o xanim ucun dualar etdim ki ne qeder savab is gordu.yazini oxuyanda nitqim dondu ki sanki menim icimdekileri soylemis.Cunki ozum de orda bir vetendas kimi olmusam usaqlar ucun bir hediyye aparmisdim inanin gorduklerimden gozumun onunde bas verenlerden soka dusdum/o anda beynimde o qeder suallar yarandi ki Ilahi bunlar insan deyil bunlarin ovladlari yoxdur ve en nehayet bunlarin bir kimseden qorxulari yoxdur?en azindan her bir insan en boyuk hakim olan ALLAHDAN qorxmalidir.Guman edirem layiqli cezalarin alacaqlar ancaq bu tek birinde deyil ki hele bilmediklerimiz necesi var

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.