Ölkə

İTV-nin Yayım Şurasına yeni üzvlərin seçilməsi təklif edilir - ADLAR

16 Aprel 2019 10:21
0 Şərh     Baxış: 956

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlərin seçilməsi təklif edilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin aprelin 23-də keçiriləcək növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Yayım Şurasına idman federasiyaları tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı və Azərbaycan Qalaqapı Federasiyasının vitse-prezidenti Orxan Muxtarovun, dini konfessiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayevin, yaradıcılıq təşkilatları tərəfindən isə Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarovanın və Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi Cəmilə Həsənovanın namizədliyi irəli sürülüb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.