Ölkə

Nazir müavini: "Azərbaycan atmosferə tullantıların iki dəfə azaldılmasına nail olub"

15 Aprel 2019 17:31
0 Şərh     Baxış: 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan atmosferə karbon qazı tullantılarının azaldılması üzrə layihələri uğurla reallaşdırır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev "EU4Climate" layihəsinin təqdimatı zamanı deyib.

O bildirib ki, Azərbaycan bir çox sahələrdə BMT ilə əməkdaşlıq edir, yeni layihənin məqsədi isə iqlim dəyişikliyinin yumşaldılmasıdır.

Nazir müavininin sözlərinə görə, Azərbaycan qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizə məqsədilə bir çox layihələrə qoşulub.

R.Hacıyev əlavə edib ki, Azərbaycan nefti ilə məşhur olsa da, son illərdə atmosferə tullantıların iki dəfə azaldılmasına nail olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.