Ölkə

“Atam mənə dedi ki, kitablarla dostluq et” - Millət vəkili Qənirə Paşayeva - VİDEO - FOTO

15 Aprel 2019 21:16
4 Şərh     Baxış: 1 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ARB Günəş"in "Kiçikdən-böyüyə" verilişinin növbəti qonaqları millət vəkili Qənirə Paşayeva və 5 yaşlı Nuray olub.

Milli.Az xəbər verir ki, millət vəkili söhbət zamanı mütaliənin əhəmiyyətindən danışıb. Qənirə Paşayeva reallaşan arzularına görə, kitablara borclu olduğunu deyib:

"Birinci sinifə gedəndə, atam mənə 2 kitab alıb gətirdi və dedi: "Sən indi məktəbə gedirsən, orada sənin dostların olacaq. Sonra böyüyüb universitetə gedəcəksən orada da dostların olacaq. Amma bir şeyi unutma, sənin ən yaxın dostun kitab olsa, sən o zaman arzularına çata bilərsən". Mən də o zamandan kitablarla dostluq etməyə başladım. Dostlarımla 7-8 saat vaxt keçirirdim. Nuray, sənə və bütün uşaqlara istəyirəm kiçik bir məsləhət verəm. Kitablarla çox dostluq edin ki, onlar da sizə kömək etsin".

Qeyd edək ki, "Kiçikdən-böyüyə" verilişi hər həftənin cümə günü saat 18:45-də "ARB Günəş"də yayımlanır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.