Ölkə

Caspian Awards mükafatlandırma mərasiminin keçiriləcəyi gün bəlli oldu

15 Aprel 2019 17:44
0 Şərh     Baxış: 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Caspian Evets Groupun təşkilatçılığı ilə Caspian Awards mükafatlandırma mərasiminin keçiriləcəyi gün bəlli oldu.

Milli.Az xəbər verir ki, təşkilat komitəsinin verdiyi məlumata görə, tədbir 12 May Park İnn Hoteldə keçiriləcək. Caspian Awards mükafatı sosial şəbəkələrdə keçirilən səs vermə və təşkilatı komitənin il ərzində media və sosial şəbəkələrdə apardığı müşahidələrə əsasən öz sahiblərinə təqdim olunacaq. Qeyd edək ki, mükafatçılar sırasında tanınmış müğənnilər, aktyorlar, iş adamları, bloggerler, idmançılar və s. öz sahəsində uğur qazanan insanlar iştirak edəcəklər.

Mükafatçılar sırasında digər ölkələrdən də məhşur simaların iştirak edəcəyi bildirilib. Caspian Awards mükafatlandırma mərasiminin keçirilməsində məqsəd müxtəlif sahədən olan insanları motivasiya etmək və bir araya toplayaraq geniş ictimaiyyətə təqdim etməkdir.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.