Ölkə

"Bakıda küçə itlərinə qarşı qanunsuz hərəkətlərin Formula 1 ilə heç bir əlaqəsi yoxdur"

15 Aprel 2019 14:54
Baxış: 1 018

"Bakıda küçə itlərinə qarşı qanunsuz hərəkətlərin Formula 1 Azərbaycan Qran Prisi ilə heç bir əlaqəsi yoxdur!"

Milli.Az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri, Milli mətbuat katibi Nigar Arpadarai bildirib.

"Son vaxtlar Bakıda küçə itlərinə qarşı qanunsuz hərəkətlər və ya zorakılığa yol verildiyinə dair sosial mediada yayılmış xəbərlər diqqətimizdən yayınmayıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmisi olaraq fikrimizi bildirmək istəyirəm. Bizim bu halların baş verib-verməməsi ilə bağlı məlumatımız yoxdur. Amma şəhərimizdə küçə itlərinə qarşı qanunsuz hərəkətlər və ya zorakılıq baş verirsə, biz də bu halları qətiyyətlə pisləyirik!

Tam əminliklə bildirirəm ki, bu halların Formula 1 Azərbaycan Qran Prisi ilə heç bir əlaqəsi yoxdur!"

Yusif Nəsirli
Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.